İspaniya turistlərin ölkəyə gəlməməsi üçün görün nəyə əl atdı


Yerli sakinlər turistlərdən narahatdır...

ispaniya-turistlerin-olkeye-gelmemesi-ucun-gorun-neye-el-atdi
23.04.2024 01:03 1 dəq oxuma

İspaniyanın Barselona şəhəri hər il milyonlarla səyahətçinin ziyarət etdiyi Avropanın ən məşhur turizm yerlərindən biridir. Və bütün yerli sakinlər bundan heç məmnun deyil. Odur ki, Barselonada turistlərin səyahət etməsinin qarşısını almaq üçün məşhur avtobus marşrutu onlayn xəritələrdən çıxarılıb.

TurpKimi.com “Euronews Travel”a istinadla xəbər verir ki, bu yaxınlarda “Apple Maps” və “Google Maps” proqramları Barselona ətrafında marşrutlar tərtib edərkən, xüsusilə Antoni Qaudi tərəfindən Parc Güell-də dayanan 116 nömrəli avtobus marşrutunu göstərməyi dayandırıb.

İllər boyu Barselonanın La Salute bölgəsinin sakinləri bu avtobus marşrutunu çoxsaylı turistlərlə bölüşməli olublar və bundan heç də məmnun deyildilər. Bundan daha çox yaşlılar şikayətlənirdi, çünki onlar daim sıx olan 20 nəfərlik kompakt mikroavtobusa minə bilmirdilər.

Rəsmi olaraq təsdiqlənməsə də, görünür, Barselona Şəhər Şurası avtobus marşrutunun xəritələrdən silinməsinə cavabdehdir. Onlar indiyədək bu işdə iştiraklarını etiraf etməkdən və ya inkar etməkdən imtina ediblər, lakin “Google” nümayəndəsi bildirib ki, avtobus marşrutları yalnız Şəhər Şurasının tələbi ilə ləğv edilə bilər.

Firuzə Alimova / TURPKİMİ.COM