Oruc tutduqdan 8 saat sonra orqanizmdə nə baş verir? - VİDEO


Orqanizmdə baş verən proseslər...

oruc-tutduqdan-8-saat-sonra-orqanizmde-ne-bas-verir
05.04.2024 23:04 1 dəq oxuma

“Oruc tutmaq ürəyi qoruyur. Həmçinin Ramazan ayında ürək xəstəliklərinin kəskin azaldığını müşahidə edirik”.

TurpKimi.com xəbər verir ki, bu fikirləri kardioloq prof.Dr. Atila İyisoy söyləyib.

Həkim qeyd edib ki, oruc tutduqdan 8 saat sonra ac qalma müddətində qandakı şəkərin səviyyəsi azalmağa başlayır. Bu zaman piy hüceyrələrindən yağ turşuları ifraz olunur və ketona (üzvü funksional qrup) çevrilir. Bundan sonra beyin də daxil olmaqla bütün orqanlar ketonla qidalanır və bu proses ərzində arıqlama baş verir.

Çəkinin itirilməsiylə yanaşı lipid səviyyələrində də ciddi dəyişiklik baş verir: “Əvvəlcə pis xolesterol dediyimiz LDL və triqliseridin səviyyəsi azalır. Yaxşı xolesterol dediyimiz HDL və adiponektin səviyyələri isə artır. Yağ turşularının parçalanmasında rol oynayan protein hormonu olan adiponektin, damar sərtliyini azaltmaqla yanaşı, qan təzyiqinin normallaşmasında və insulinin azaldılmasında faydalı olan bir maddədir”.

Daha sonra həkim orucun ürəyi qorumasıyla bağlı faydalı məlumatlar paylaşıb:

“Oruc tutmaq həqiqətən ürəyi qorumaqda böyük təsirə malikdir. Ramazan ayında ürək xəstəliklərinin kəskin azaldığını, mövcud xəstəliklərin daha da artmadan gerilədiyinin şahidi oluruq. Bu arada oruc tutmaqla insanlar sadəcə ac qalmır, mənəvi hüzur içində olurlar. Bu da yaşana biləcək ürək xəstəliklərinin azaltmasında böyük bir avantajdır”.

TurpKimi.com professorun açıqlamasını videoda təqdim edir:

Yazılıb: 06.05.2021-ci il

Firuzə Alimova / TurpKimi.com