Hansı balıq yağları daha faydalıdır? - Balıq yağı alarkən nələrə diqqət etməliyik?


Omeqa 3 yağ turşuları bədənimiz üçün xaricdən qəbul etmək məcburiyyətində olduğumuz, lazımlı yağ turşularındandır.

hansi-baliq-yaglari-daha-faydalidir
13.11.2020 16:29 2 dəq oxuma

Qidalarla istehlak edəcəyimiz ən güclü qaynağı isə balıqdır. Ümumdunya Səhiyyə Təşkilatı  həftədə 2 pay balıq istehlak etməyi təklif edir. Heç də hamı balıq sevmir və həftədə 2 dəfə yeyənlərdə belə omeqa 3 əskikliyi ola bilir.  Belə hallarda omeqa 3 siropu və ya kapsullarına müraciət edirik. 

Hansı balıq yağları orqanizmə faydalıdır? Balıq yağı alarkən nələrə diqqət etməliyik?

TurpKimi.com balıq yağının faydaları haqqında bəzi məlumatları təqdim edir:

Diqqəti artırır, beynin fəaliyyətinə müsbət təsir edir, zehni, qavrama qabiliyyətini yaxşılaşdırır. 

Doyurucudur: Balıq zülalla zəngin qidadır. Onu ət, toyuq və süd kimi digər zülal qaynaqlarından fərqləndirən  xüsusiyyəti budur. Balığın tərkibində olan  zülalı  insan orqanizmi daha asan sorur və fermentləri daha tez parçalayır.  Ona görə də arıqlamaq istəyənlərin  diyet siyahısında ilk yerdə balıq gəlir.  

Depressiyanı  önləyir: Bəzi araşdırmalara görə,  depressiya, ruhi xəstəliklərdə  antidepresantlar qədər təsirlidir.

Ürək damar xəstəliklərindən qoruyur: Tərkibində olan  omeqa 3 yağ turşuları triqliserit kimi sərbəst yağ və pis xolesterol adlandırılan LDL-in aşağı düşməsinə, yaxşı xolesterol olan HDL-in isə yüksəlməsinə kömək edir.

Hansı balıq yağından  istifadə etməliyəm?

Omeqa 3 yağ turşularından EPA (Eikosapentaenoik turşu) və DHA (Dokosahekzaenoik turşu) bədənimiz üçün ən əhəmiyyətliləridir. EPA daha çox ürək-damar sağlamlığı üçün önəmlidir; DHA beyin, sinir, göz və yaddaşın inkişafında  təsirlidir. Bu səbəbdən beyin inkişafının ən əhəmiyyətli olduğu hamiləlik, əmizdirmə və uşaqlıq dövrlərində DHA  daha çox qiymətlidir. DHA beyindəki qan axınını artırır,  xüsusilə uşaqlarda fokuslanmağa, yaddaşın güclənməsinə, hiperaktivliyin və unutqanlığın önlənməsinə, əsəb sisteminin möhkəmlənməsinə  kömək edir. Bu səbəbdən ehtiyacınıza uyğun tərkibdə olan balıq yağını seçmək vacibdir. 

Balıq yağının oksidləşməsinə diqqət!

Balıq yağının oksidləşməsi bir çoxumuzun bilmədiyi cəhətdir.  Ancaq diqqət yetirilməli olan bir nöqtədir. Balıq yağları ilk açıldığı anda havadakı oksigenlə reaksiyaya tez girər, təzəliyi və qida dəyərləri pozulmağa başlayar. Nəticədə dad və qoxu dəyişər. Son illərdə oksidləşmə  riskini ortadan qaldırmaq üçün  tək istifadəlik paketlər balıq yağını qoruyur və keyfiyyətinin saxlanılmasına xidmət edir. 

Təklif edilən doza miqdarı

 Omega-3-lərin qoruyucu, dəstəkləyici və müalicə edici dozaları fərqlidir. Ümumiyyətlə, EFSA (Avropa Qida Təhlükəsizliyi Qurumu)  sağlam yetkin və uşaqlar üçün gündəlik 250-300 mg EPA + DHA Omeqa 3 alınmasını təklif edir. Yetkinlik dövründə bu miqdarın EPA-dan zəngin olması; hamiləlik, əmizdirmə və uşaqlıq dövründə isə DHA-dan zəngin olmasına diqqət edilməlidir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com