Ana olan qadınların beyni böyüyür - ARAŞDIRMA


Analığın qadınların beynini böyütdüyü və ağlını artıran təsirləri ortaya çıxıb.

ana-olan-qadinlarin-beyni-boyuyur
16.03.2019 16:29 1 dəq oxuma

Türkiyə mediasında dərc edilən xəbərə görə, ana olmaq hər cəhətdən möcüzələrlə dolu olan bir hadisədir. Bu möcüzənin gerçəkləşməsi üçün bədənimizdə bir sıra dəyişikliklər meydana gəlir. Qarnın böyüməsi, çəkinin artması, bədənin körpənin doğulması üçün hazırlanması və bununla yanaşı beynin funksiyalarının da inkişaf etdiyi ortaya çıxıb.

Amerikalı bioloq Adam Franssen və araşdırmaçı qrupu anaların beyninin funksiyaları ilə bağlı araşdırma aparıb. Siçanlar üzərində aparılan araşdırmada analığın beyni böyüdən və ağlı artıran təsirlərinin olduğu ortaya çıxıb. Belə ki, bioloq doğmuş siçanlarla bakirə siçanları eyni labirintə qoyub təlim verdikdə ana olan siçanların labirintdən daha sürətlə çıxdığını görüb.

Firuzə Alimova / TurpKimi.com