Kəkələməyin bitkilərlə evdə müalicəsi


Kəkələməyin qarşısını alan və stresi azaldan bitki çayları...

kekelemeyin-bitkilerle-evde-mualicesi
26.03.2019 00:58 2 dəq oxuma

Kəkələmək daha çox duyğusal narahatlıqdır. Bu zaman loqoped və həkim məsləhəti ilə birlikdə təbii vasitələrdən istifadə problemi aradan qaldıra bilir. Kəkələmək üçün nəzərdə tutulan təbii vasitələrdən istifadə isə çox asandır, həmçinin əksər bitkilər istər uşaq, istərsə də yetkişkin insanlar üçün rahatlıqla istifadə edilə bilər.

Maqnezium həbləri əzələlərin boşalmasına kömək olur. Bu həblərdən istifadə edərkən nəcis yumşalana qədər doza həddi artırılmalı, daha sonra əvvəlki dozaya geri qayıtmaq lazımdır.

Gündə 100-200 mq arasında qəbul edilən B vitaminləri isə sinirlərin yumşalmasına kömək edir.

“Fast food” kimi qidalar kalorili olsa da, qidalanma dəyəri aşağı olduğu üçün bu kimi qidalardan uzaq durmaq lazımdır. Yetişkin insanlar isə spirtli içkilər, tütün məhsulları, qəhvə, qara çay və qazlı su kimi içkilərdən uzaq durmalıdır. Çünki bu qidalar sinir sisteminin həddindən artıq oynamasına yol açır.

Çobanyastığı çayı həzm sistemini yaxşılaşdırır və əzələləri boşaldır. Bundan başqa iltihab əleyhinə özəlliyi də var.

Melisa çayı isə sinirləri və ürəyi rahatladır, həmçinin sakitləşdirici funksiyası var.

Kəkələməyin evdə müalicəsi

Yavaş danışmaq – kəkələməyin qarşısını almağın ən vacib üsullarından biri yavaş danışmaqdır. Çox sürətlə danışmaq stresin artmasına və bəzi kəlmələrin yarımçıq deyilməsinə səbəb olur. Bu isə kəkələməni artırır.

Nəfəs idmanları etmək – bir neçə dəfə dərindən nəfəs alıb yavaşca danışmaq kəkələməyə nəzarət edir. Nəfəs idmanları qan təzyiqinin azalmasını təmin edərkən bədəndə oksigenlə zəngin qan hüceyrələrinin sayını artırmağa kömək edir.

Məşq etmək – ailədən kimsəylə və ya yaxın olan yoldaşlarından biri ilə etibarlı və stresin olmadığı mühitdə məşq etmək olar. Yaxın saydığı insanlarla səs məşqlərinin edilməsi müxtəlif mühitlərdə insanlarla rahat danışmasına kömək olur.

Qruplarda iştirak etmək – kəkələyən insanlardan ibarət qruplarda iştirak etmək, eyni problemi yaşayan insanlarla danışmaq və bənzər təcrübələri paylaşmaq kəkələməyin öhdəsindən gəlməyə kömək olacaq.

Firuzə Alimova / TurpKimi.com