BÖYÜK KƏŞF - Daun sindromu ana bətnində müalicə ediləcək


Tibdəki bu yenilik təkcə daun sindromuna aid deyil.

boyuk-kesfdaun-sindromu-ana-betninde-mualice-edilecek
30.05.2019 04:02 1 dəq oxuma

Alimlər ana bətnində daun sindromuna səbəb olan geni müalicə etməyin yolunu tapıblar.

TurpKimi.com bildirir ki, aparılan araşdırmaların alzeimer ilə birlikdə hiperaktivlik və diqqət əskikliyi kimi narahatlıqlara da çarə olacağı gözlənilir.

Sperma, yaxud yumurtada olan bir genin çevrilməsi nəticəsində yaranan daun sindromlu xəstələr xromosom artıqlığından əziyyət çəkirlər. Sözügedən 21-ci xromosom OLIG2 genidir.

Belə ki, alimlər laboratoriya şəraitində hazırlanan beyin modelində daum sindromlu xəstələrdən aldıqları hüceyrələrdən istifadə ediblər. Aparılan araşdırmalar nəticəsində OLIG2 geninin qarşısını alan dərmanların, eyni zamanda zərərli neyronların inkişafına mane olduğunu da müşahidə ediblər.

Bu yeniliyin bütün hamilə qadınlara tətbiqi mümkün olsa da, risklər də var. Yeniliyin tətbiqindəki risk ananın yaşıyla bağlıdır. Milli Sağlamlıq Sisteminin açıqladığı məlumata görə, 20 yaşlı qadınların daun sindromlu uşaq dünyaya gətirmə göstəricisi 1500 nəfərdən birində, 40 yaşındakı qadınlarda isə 100-də birində rast gəlinir.

Yeni müalicə üsulunun embrionun beyindəki inkişafı tərsinə çevirməyi və doğuşdan əvvəl körpənin şüurunun inkişafına vəd verir. Proses zamanı daun sindromlu xəstələrin beynində çevrilməsi mümkün olan kök hüceyrələrdən istifadə olunacaq.

Firuzə Alimova / TurpKimi.com