Ötən ay uşaqlara ən çox qoyulan adlar açıqlandı


Bu ilin aprel ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.

oten-ay-usaqlara-en-cox-qoyulan-adlar-aciqlandi
13.05.2020 21:38 1 dəq oxuma

Bu barədə Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib.

Cari ilin aprel ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlara Uğur, Əli, Yusif, Hüseyn və Ömər, qız cinsindən olanlara isə Zəhra, Zeynəb, Aylin, Mələk və Nuray kimi adların verilməsi üstünlük təşkil edib.