Ən gənc koronavirus hadisəsi qeydə alındı - Dünyada bir ilk


Dünyanın ən gənc koronavirus hadisəsinə İngiltərədə rast gəlinib. 

dunyada-bir-ilk
16.03.2020 00:12 1 dəq oxuma

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki,  Londonda yeni doğulan bir körpədə koronavirus xəstəliyinə  rast gəlinib. 

Sətəlcəm şikayəti ilə xəstəxanaya aparılan hamilə qadının test nəticələri doğuşdan sonra açıqlanıb. 

İngiltərənın Sağlamlıq Nazirliyi ana və körpənin də test nəticəsinin müsbət çıxdığını təsdiqləyib.  Ana və körpənin müalicəsi əsnasında yanlarında olan həkim və tibb bacılarının da  karantinə götürülmələri haqda göstəriş verilib. 

Uşağın virusa ana bətnində, yoxsa doğuş vaxtı yoluxduğu  bilinmir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com