Valideynlər diqqət! - Qulağı necə təmizləmək lazımdır?


Qulaq kirini orqanizm istehsal edir. Hər bir insanın qulağı az və ya çox dərəcədə çirk istehsal edir. Qulaq çöpü qulağı təmizləmək əvəzinə daha da çirkləndirir.

valideynler-diqqet
06.04.2024 00:15 2 dəq oxuma

Kir qulaq kanalını tutduqda isə səsin qulaq pərdəsinə gedib çatması çətinləşir. Belə halda xəstələrdə qulaq tıxanıqlığı, eşitmədə zəiflik, qaşıntı artır və nadir hallarda qulaqda ağrı yaranır.

TurpKimi.com xəbər verir ki, həkimlərin bildirdiyinə görə, əslində qulağımız öz-özünü təmizləyir. Bu maddələrin istehsalı, dərinin quruluşundan asılı olaraq bəzilərində çox, bəzilərində isə az ola bilər. Qulaq içini oyatmaq, qulaq çöpü kimi xarici cisimlərlə içini təmizləmək qulağın öz-özünü təmizləmə mexanizmini pozur və çirklərin toplanmasına yol açır.
 


 

Qulağı necə təmizləyə bilərik?

Qulağın xarici tərəfini yumşaq dəsmal  və ya salfetlərlə silərək təmizləmək mümkündür. Mütəxəssislərin fikrincə qulaq pambığından istifadə edərək qulağı təmizləmək doğru deyil.  Çünki qulaq öz kirini təmizləməkdə tənbəlləşir. Bəzən dəri quruluşundan asılı olaraq qulaq çirkini təmizləyə bilmir. Bu halda 2-6 ay fasilələrlə qulaq çirkini təmizləmək lazımdır. Yaratdığı bəzi fəsadlara görə qulaq yuma əməliyyatı artıq aparılmır. Vakum üsulundan istifadə edərək təmizləmə əməliyyatı həyata keçirilir. Mikroskop və ya otoskopun köməyi ilə aparılan təmizlikdə insan heç bir ağrı hiss etmir.
 
 

Qulağı bir dəfə təmizləyəndən sonra çirk yenə toplanır?

Vakuumla aparılan əməliyyatlarda istifadə olunan metoddan asılı olaraq çirkin təkrar yığılması  o qədər də müşahidə edilmir. Ancaq qulağa çirkin yığılması sonrakı dövrlərdə də müşahidə edilə bilər.

Qulaq çirkinin yaranmasına mane olacaq dərman varmı?

Heç bir dərman kir istehsalına mane ola bilməz. İstehsal olunan maddələr orqanizm üçün zəruri fizioloji axıntılardır. Bəzi damcı şəklində dərmanlar çirklərin rahat çıxarılması məqsədilə təklif edilə bilər.

Vüsalə Əlövsətqızı, Turpkimi.com