5 ay ərzində doğulan körpələrin sayı açıqlandı


Bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb.

5-ay-erzinde-dogulan-korpelerin-sayi-aciqlandi
17.07.2019 21:44 1 dəq oxuma

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb.

Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

Bundan başqa, bu ilin yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.

TurpKimi.com