Şagirdin çantası neçə kilo olmalıdır? - Valideynlərə tövsiyə


Onurğa tarazlığının formalaşması 7 və 8 yaşlarda baş verir. 

sagirdin-cantasi-nece-kilo-olmalidir
10.09.2022 20:14 1 dəq oxuma

Gün boyu televizor və kompüter qarşısında keçirilən saatlar, hərəkətsizlik, məktəb çantasının səhv daşınması və müvazinətin düzgün saxlanılmaması səbəbindən uşaqlarda bel və kürək ağrısı kimi şikayətlər gün keçdikcə artır.
 
TurpKimi.com xəbər verir ki,  mütəxəssislərin bildirdiyinə görə,  məktəb çantalarının çəkisi uşağın çəkisinin 10 faizinə bərabər olmalıdır. 
 
Onurğa tarazlığının formalaşması 7 və 8 yaşlarda baş verir.  Gələcəkdə problem yaranmasın deyə, bu yaşlarda uşaqlara həm çanta alarkən diqqətli olmalı, həm də uşağın məktəb çantasının çəkisinə fikir verilməlidir.  
 
  Məsələn, 40 kq çəkisi olan uşağın məktəb çantasının çəkisi maksimum 4 kq olmalıdır.

Vüsalə Əlövsətqızı, Turpkimi.com