REKLAM

Azərbaycanda övladlığa götürülən uşaqların sayı


Bu barədə nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

news
REKLAM

Övladlığagötürmə üzrə idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsinə başlandığı 1 noyabr 2019-cu il tarixindən ötən müddətdə 9 uşaq övladlığa götürülüb. Onlardan 3-ü qız, 6-sı oğlandır.

Övladlığa götürülmüş uşaqların 1-i 1 yaşa qədər, 2-si 4-6 yaşlarında, 5-i 7-11 yaşlarında, 1-i isə 12-18 yaşlarındadır. Uşaqlardan 3-ü ögey anası, 3-ü evli cütlüklər, 3-ü tək ana tərəfindən övladlığa götürülüb.

Onlardan 2-si dövlət uşaq müəssisəsindən, 4-ü yaxın qohum ailələrdən götürülüb. Qalan 3 uşaq isə ögey ana tərəfindən övladlığa götürülən və ərin əvvəlki nikahından olan uşaqlarıdır.

Əlavə olaraq bildiririk ki, övladlığagötürmə sahəsində yeni idarəetmə modeli övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi, onların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasının üstün tutulması, bu istiqamətdə güclü nəzarətin həyata keçirilməsi prinsipinə əsaslanır.

Övladlığa götürülən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır.

REKLAM