Azərbaycanda yeni doğulan körpələrə ilk saatda ana südü verilmir


Azərbaycanda bu göstərici çox aşağıdır...

azerbaycanda-yeni-dogulan-korpelere-ilk-saatda-ana-sudu-verilmir
13.02.2019 08:38 1 dəq oxuma

Azərbaycanda yenidoğulmuşların yalnız 19-20 faizi Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in tövsiyə etdiyi standartlara uyğun olaraq, dünyaya gəldikləri ilk saatda ana südü ilə qidalanırlar.

TurpKimi.com bildirir ki, bu sözləri UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova deyib.

T.Cəmilovanın sözlərinə görə, uşaqların sağlamlığı ilə bağlı bır sıra indikatorlar mühüm olduğu üçün onların mütəmadi olaraq təhlili vacibdir. Buraya uşaqların sağlamlığı, ölüm, onlar üçün tibbi xidmətlərin əlçatanlığı göstəriciləri daxildir:

"Sonuncu belə bir araşdırma UNİCEF və Səhiyyə Nazirliyi tərəfindən 2013-cü ildə aparılıb. Bu zaman ana və uşaq sağlamlığı göstəriciləri təhlil edilib. Əfsuslar ki, region üzrə Azərbaycanda 6 ayadək körpələr arasında yalnız ana südü ilə qidalandırma göstəricisi çox aşağıdır".

Bu göstəricinin 12 faiz olduğunu nəzərə çatdıran proqram rəhbəri bildirib ki, körpənin ana südü ilə qidalandırılması ilk dəfə doğuşdan sonrakı 1 saat ərzində baş verməlidir: "Əslində, bu, Ümumdünya Səhiyyə Təşkilatının və UNİCEF-in tövsiyə etdiyi standartdır. Azərbaycanda bu göstərici yenidoğulmuşlar arasında 19-20 faizdir".