Dünyanın ən xoşbəxt uşaqları bu ölkədə yaşayır - Elm sübut etdi


Hollandiyalı analar uşağı xoşbəxt böyütməyin sirrini açıqladılar.

dunyanin-en-xosbext-usaqlari-bu-olkede-yasayir
11.10.2019 21:18 2 dəq oxuma

YUNİSEF-in apardığı araşdırmalara görə, dünyanın ən xoşbəxt uşaqları Hollandiyalı uşaqlardır. 

TurpKimi.com xəbər verir ki, İnkişaf Etmiş Ölkələr arasında aparılan tədqiqatlar Hollandiyalı valideynlərin daha xoşbəxt uşaqlar böyütdüyünü üzə çıxardıb və qəti olaraq bu iqtisadi səbəblərdən asılı deyil.  

Hollandiyalı valideynlərin uşağı xoşbəxt böyütməyinin sirləri bunlardır:

Yatmaqları üçün zaman verin

İstirahət etməyə fokuslanma ümumilikdə Hollandiyalı valideynlərin mədəniyyətində yer alıb. Hollandiyalı valideynlər evdə diqqət yayan əşyaların az olmağına çalışırlar.  Bu, uşaqlarının daha sakit hiss etmələrinə və daha nizamlı bir yuxu proqramına sahib olmalarına köməkçi olur.

Bəzi araşdırmalar  Hollandiyalı körpələrin 6 aylıqkən Amerikalı körpələrlə müqayisə edildiyində gündə 2 saat daha çox yatdığını göstərir. Körpələri daha yaxşı yatdıqları üçün Hollandiyalı valideynlər də daha yaxşı yatırlar və özlərini daha rahat hiss edirlər.

Naharda şokolad yeməkləri pis fikir deyil

Hollandiyalı analar üçün naharda şokolad yemək pis fikir deyil. Uşaqlardan gizlətdiyiniz  və qadağan etdiyiniz hər şeyin onlara həmişə daha cazibədar görsənəcəyini unutmayın.

Onlara pulun əhəmiyyətli olmadığını göstərin

Hollandiyalıların əksəriyyəti daha az xərc tələb edən işlərlə məşğul olurlar. Onlar sadə həyata fokuslanıb yaşamağı sevirlər.  Uşaqları ikinci əl oyuncaqlara istiqamətləndirirlər. Beləliklə uşaqların şüur altına bir şey istədikləri zaman onun üçün işləmək, mübarizə aparmaq məcburiyyətində olduqları yeridilir. 

Öz fikirlərini ifadə etmələri üçün şərait yaradın

Hollandiyalı bir ailədə, ən kiçiyi də daxil olmaq üzrə hər kəsin söz demək haqqı  vardır. Bəzən 3 yaşında bir uşaqla bazarlıq etməyə çalışmaq həqiqətən yorucu görsənə bilər. Bununla  Hollandiyalı ailələr kiçik uşaqlara öz sərhədlərini necə qoyacaqlarını və istədiklərini dəqiq bir şəkildə ifadə etməyi öyrətdiyinə inanırlar.

Bacarıqlı  uşaq xoşbəxt uşaq deməkdir 

Bacarıqlı  olmaq üçün uşaqlar xoşbəxt olmalı,  motivasiya edilməli,  müstəqil olmalı,  ailələri və yoldaşları ilə müsbət bağlar qurmalıdır. Hollandiyalıların inandığı şey budur. Onlara görə, yalnız bu xoşbəxtlik duyğusu indi və gələcəkdə böyük nailiyyətlərə yol aça bilər.

Hollandiyalı valideynlər uşaqlarının hər birini özünə xas güclü  və zəif istiqamətlərinə sahib fərdlər kimi görər və əsla öz dəyərlərini və xəyallarını uşaqlarına təlqin etməyə çalışmazlar.

Vüsalə Əlövsətqızı, TurpKimi.com