REKLAM

Uşaqların boyunu necə uzatmalı? - Boy uzadan qidalar


Boyun uzun olması genetik faktorlardan asılıdır,  amma qidalarla da bu prosesi sürətləndirmək mümkündür.  

news
REKLAM

TurpKimi.com nizamlı istehlak edildikdə boy uzadacaq qidaları təqdim edir:

 Süd

Gündə 2 stəkan istehlak edilən süd boyun uzanmasına əhəmiyyətli dərəcədə kömək edir.  Südün boy uzanmasını təmin edəcək təsirindən faydalanmaq üçün isə gecə yatmazdan əvvəl içmək lazımdır. Çünki bu saatda içilən süd böyümə hormonunun işə düşməsinə dəstək olur. İçərisində kalsium olan süd məhsulları qrupuna qatıq, ayran və pendir daxildir. 

Əncir qurusu

 Əncir qurusu zəngin lif qaynağıdır, bağırsaqların fəaliyyətinə müsbət təsir edir.  Tərkibində yüksək miqdarda olan zülal hüceyrə yenilənməsinə kömək edir. 

Ərik qurusu

Gündə 4-5 ədəd qurudulmuş ərik və  2  əncir, 1 ovuc qara kişmişi süd ilə bərabər müəyyən fasilələrlə içdikdə inkişaf prosesindəki uşaqlarda boy uzanması sürətlənir. 

Brokoli

İmmunitet sisteminin möhkəmlənməsində böyük rol oynayan gül kələmi uşağınızın boy uzanmasını təmin edən tərəvəzlərdən ən birincisidir. Brokoli, gül kələmi uşaqların sevmədiyi qidalardır. buna baxmayaraq fasilələrlə istehlak edilməlidir.   

Doşab inkişaf dövründəki uşaqlar üçün olduqca əhəmiyyətlidir. 

Kərə yağı

Uşaqların qidalanmasında marqarin əvəzinə təbii kərə yağına üstünlük verilməlidir.

Tərkibinə olan yüksək miqdarda protein, A,k və E vitamini və yüksək miqdarda mineral ilə böyüməyi və inkişafı dəstəkləyir.

Vüsalə Əlövsətqızı,  TurpKimi.com

REKLAM