Sən özünü yaxşı hiss edirsənsə, körpən də yaxşıdır


Unutma, sən nə pis, nə də yaxşı ana deyil, sən uşağının yeganə anasısan

sen-ozunu-yaxsi-hiss-edirsense-korpen-de-yaxsidir
07.02.2019 08:18 2 dəq oxuma

Uşağın anadan olması hamı üçün çox önəmli və sevindirici hadisədir. Lakin adətən doğuşdan sonrakı dövr ana üçün həyəcanlandırıcı və  qeyri-adidir. Stres özünü yorğunluqda, dəyişkən əhval-ruhiyyədə ( gözlənilməz halda səbəbsiz göz yaşları), yuxulu olmaqda, iştahsızlıqda, əsəbilikdə, aydın olmayan qorxuda, körpənin qarşısında günahkarlıq (“Mən pis anayam”) hiss etməkdə və ondan həddən artıq çox şey tələb olunması kimi hisslərdə ifadə edir. Ana adətən düşünür ki, onun əzələləri gərginləşib və sıxılıb, qorxuları güclənir, seksual həyata marağı azalır – bütün bunlar hormonal dəyişikliklər və doğuşdan sonrakı depressiya nəticəsində meydana çıxır.

Sadəcə yadda saxla ki, sən nə pis, nə də yaxşı ana deyil, sən uşağının yeganə anasısan. Uşağa qayğı göstərilməsi və onun tərbiyə olunması imtahan deyil. Heç kim səndən əla qiymət almağı gözləmir. Sadəcə, övladını sev və özün ol. Doğuşdan sonrakı depressiya isə adətən öz-özünə keçib gedir.

Ana pis əhval-ruhiyyənin öhdəsindən necə gəlməlidir?

1 – Evdə əvvəlki kimi ailənin digər üzvləri də yaşayırlar və onlar sənə yardım edə bilərlər. Ev işlərini onların arasında böl, amma nəzərə al ki, uşağa baxmaq, demək olar, tamamilə sənin vəzifəndir.

2 – Başqalarının yardımından istifadə et. Hər şeyi özün etməyə çalışma, hətta yoldaşının birinci cəhdi boşa çıxsa belə, bəlkə ata nəyinsə öhdəsindən gələcək!

3 – Emosiyalarını başqaları ilə bölüş. Sən uşağın doğulmasından sonra çətinliklər yaşayan birinci qadın deyilsən. Məsləhət və dəstək sənə kömək edəcək

4 – Nəhayət, tez-tez təmiz havaya çıx!

Firuzə Alimova / TurpKimi.com