Yaramaz və dəcəl uşaqlar daha xoşbəxtdir - Onları mükəmməl edən xüsusiyyətlər


Böyüklər hardan bilir ki, uşaqların xəyal gücündə nələr var?!

yaramaz-ve-decel-usaqlar-daha-xosbextdir
06.10.2019 23:36 3 dəq oxuma

Bir çox ana-atalar uşaqlarının mükəmməl olmasına çalışsa da, psixoloqlar yaramaz və üsyankar uşaqların daxilən daha xoşbəxt olduqlarını irəli sürürlər.

 Övladınızın nəzarətdən çıxdığını hiss etdiyinizdə dərindən nəfəs alın. Davranışınızın gələcəkdə uşaqların inkişaf və uğurlarına necə təsir edəcəyini düşünün. Bir az rahatlanın və uşaqlarınızın əvəzolunmaz xəyal güclərinə ayaq uydurmağa çalışaraq onlarla düzgün münasibət qurmağa çalışın.

TurpKimi.com uşaqların yaramaz davranışlarının müsbət səbəblərini izah edir:

ÖZLƏRİNİ İFADƏ ETMƏKDƏN QORXMAZLAR

Hər uşağın özünəməxsus şəxsiyyəti və dünya ilə əlaqə vasitəsi vardır. Bununla yanaşı valideynlər uşağı davamlı bir qəlibə soxmağa çalışarsa, uşaqlar özlərini ifadə etməkdə problemlər yaşaya bilər və gerçək arzularını, istəklərini müəyyən edə bilməzlər. Amma əksinə, yaramaz uşaqlar başqaları tərəfindən mühakimə olunsalar belə, gerçək xarakterlərini və azadlıqlarını göstərməkdən qorxmazlar.

HİSSLƏRİNDƏN İSTİFADƏ EDİRLƏR

Uşaqlar dünya ilə əlaqə qurmaq üçün hisslərindən istifadə edirlər. Həddən çox təmkinlidirlər, səs-küylü olmağı sevirlər və bir dəqiqə olsun yerlərində dinc durmazlar. Valideynlər uşaqları səssiz qalmağa məcbur etməsələr uşaq dünyanı kəşf etmək fürsətini itirməz. Üsyankar uşaqların öyrənmə arzusu basdırılmadığı üçün hər şeylə maraqlanan və ətrafdakılarla daha ünsiyyətcil, istiqanlı olurlar.

DUYĞULARINI İFADƏ ETMƏKDƏN QORXMAZLAR

Uşaqların çoxu son dərəcə aktiv, yaramaz olur ki, bu da yaradılışdan onların bir parçasıdır. Duyğularını ifadə etməkdən və nəyisə sınaqdan keçirməkdən qorxmurlar. Coşqulu və səs-küylü uşaqlardan qorxmayın. Bir uşaq yüksək səslə və dəlisov davranırsa, bu onların xoşbəxt olduqları və özlərini güvəndə hiss etdikləri mənasını verir.

DUYĞUSAL MƏNADA DAHA YETİŞKİNDİRLƏR

Yaramaz uşaqlar böyüyən zaman davranışlarının kökünü anlamaq asandır. Bu uşaqlar duyğusal olaraq daha yetişkindirlər. Hisslərinin həyatlarının əhəmiyyətli bir parçası olduğunu anlayar və digər insanların hisslərini qəbul edib onlara hörmət etməyi öyrənirlər.

ƏTRAFDAKILARDAN NARAHAT DEYİLLƏR

Yaramaz uşaqlar qərarlarını özləri verirlər. Onlar nəyin yaxşı olduğunu bilir və tutduqları yoldan qorxmurlar. Uğursuz olsa belə, dünyanın sonu olmadığını bilirlər. Belə uşaqlar axmaq görünməkdən və ya müzakirə edilməkdən də utanmazlar. Çünki özlərinin fikirləri hər şeydən çox vacibdir.

ÖZLƏRİNƏ GÜVƏNİRLƏR

Yaramaz uşaqlar duyğularını şişirtmirlər. Bilirlər ki, valideynləri onları olduğu kimi sevəcəklər. Bu uşaqlar güvən atmosferində böyüyür və şəxsiyyətlərinə təzyiq göstərmədən ətrafdakıların onlarla necə davranmalı olduqlarını öyrədirlər.

PROBLEMİ HƏLLETMƏ QABİLİYYƏTLƏRİ VAR

Yaramaz uşaqlar hər hansı problemdən qurtulmaq üçün fərqli yolları sınamağa hazır olurlar. Stressə daha dayanıqlıdırlar və öz ayaqları üstə dayana bilirlər.

DAHA YARADICIDIRLAR

Yaramaz uşaqların sərhədsiz xəyal gücləri var və fikirləşdiklərini həyata keçirməyə istəklidirlər. Yetişkin olaraq bu uşaqlar hər şeyə yaradıcı yanaşar və hər vəziyyətin mütləq 2 tərəfinin olduğunu bilirlər. Özlərini ifadə etməkdən qorxmurlar və başqalarının fikrinin onlara təsir etməyəcəyini də bilirlər.

YAXŞI OLDUQLARINI BİLİRLƏR

Yaramaz uşaqlar qarşılıqsız olaraq sevilməyə layiq olduqlarını və yaxşı davranışlarla sevgi qazanmağa çalışdıqlarının vacib olmadığını bilirlər. Yəni kifayət qədər yaxşı olduqlarını və bunu sübut edəcək heç bir şeyin olmadığından əmindirlər. Bu onların eqoist, özündən razı olduqları demək deyil, ancaq özləri üçün belədirlər.

Firuzə Alimova / TurpKimi.com