REKLAM

Uşaqların bəslənmə siyahısında hansı qidaların olmağı vacibdir?


Uşaqların bəslənmə vərdişləri gələcəkləri üçün çox əhəmiyyətlidir.

news
REKLAM

Valideynlər uşaqların qidalanmasına həm inkişafları baxımından, həm də daha sağlam həyat sürmələri üçün diqqət etməlidir. Hər uşağın hansı qidaya qarşı allergiyasının olduğunu bilmək də vacibdir. 

 TurpKimi.com uşaqların bəslənmə siyahısında vacib olan 10 qidanı təqdim edir:

Yulaf əzməsi: Nahar üçün əla seçimdir.  Vitamin B, dəmir, sink və kalsium anbarıdır. Karbohidrat və liflə zəngin  ənənəvi yulaf və şorbalar hərəkətli uşaqlar üçün əsl enerji mənbəyidir.

Yumurta: Yumurta zülal qaynağıdır.Vitamin B, vitamin E və dəmirlə zəngindir.  Sağlam diyet üçün uşaqların da ət, balıq, yumurta, paxlalılar, fındıq kimi zülal qaynaqlarından istifadə etməyi vacibdir.  Kiçik uşaqlara çiy yumurta və ya az bişmiş yumurta sarısı yedirtmək də lazımdır.

Fındıq və Qoz: Uşaqların həm yağa (trans yağ istisna olmaqla), həm də zülala ehtiyacları olduğundan qabıqlı çərəzlər faydalı qidalardır.


Süd Məhsulları: Uşaqların süd məhsulları ilə qidalanmağı mütləqdir. Qatığın da yerini xüsusi vurğulamaq lazımdır. 

Balıq: Omeqa 3 tərkibi ilə ta  çağalıq dövründən etibarən uşağınızı xroniki xəstəliklərdən qoruyur, beynin inkişafına kömək edir. Tərkibində zülal çox olduğundan böyüməsini dəstəklər.

Brokoli: Brokoli həm yetkin, həm də uşaqlar üçün ən faydalı tərəvəzlərdən biridir. Xüsusilə ehtiva etdiyi kalsium, kalium, beta-karoten, B vitamini və digər qida əlavələri ilə inkişaf çağında olan uşaqlar tez-tez istehlak etməlidir. 

C Vitamini anbarı meyvələr: Güclü immunitet sistemi və bədəni toksinlərdən təmizləmək üçün uşaqların yüksək miqdarda C vitamini ehtiyacı da qarşılanmalıdır. Bunun üçün uşaqların bəslənməsində bütün mövsümlərdə 2 - 3 boşqab meyvəyə yer verilməlidir. Uşaqların şəkər istəyini qarşılamaqda da meyvəli şirnilər, meyvə ilə hazırlanan dondurmalar, kokteyllərdən istifadə edə bilərsiniz.  

Rəfinə edilmiş taxıl məhsulları: Ən yaxşı qida kəpəkli məmulatlarda var. Qəhvərəngli düyü və kəpəkli buğda çörəyi lif, mineral və vitamin baxımından ağ növlərindən daha üstündür. 

Zülal: İnkişaf çağındakı uşaqların böyüməyi üçün zülala ehtiyacları var. Paxlalılar, fındıq və ya ət, balıq, toyuq və hind toyuğu zülalla zəngindir. 

Tünd yaşıl yarpaqlı tərəvəzlər: Tərəvəz sevməyən uşaqlar üçün tünd yaşıl yarpaqlı tərəvəzlər əlavə edilmiş şorba, kokteyl, omlet seçimi edilə bilər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM