Məşhur həkim-pediatr valideynlərə - ÇAĞIRIŞ ETDİ


Uşaqlarda koronavirus simptomlarını aşkar etməyin üsulları...

meshur-hekim-pediatr-valideynlere
22.03.2020 12:03 1 dəq oxuma

Məşhur həkim-pediatr Yevgeni Komarovski azyaşlılarda koronavirus simptomlarını aşkar etməyin üsulu barədə məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, o, məsələ ilə bağlı şəxsi instaqram hesabında paylaşım edib. Həkim qeyd edib ki, uşaq orqanizmi virusla daha asan mübarizə aparır.

Azyaşlılarda xəstəliyin simptomları isə ORVİ ilə oxşardır.

Komarovskinin sözlərinə görə, qusma və diereya uşaqlarda COVID-19-un əmalətləri ola bilər. Pediatr valideynlərə xəstəliklə bağlı çağırış da edib: “Bütün qeyri-müəyyən hallar zamanı - tənəffüs tezliyinin pozulmasından tutmuş arxa nahiyədə qaşınmaya (bu, koronavirus infeksiyasının əlaməti ola bilər) qədər həkimə müraciət etmək lazımdır”.

Komarovski koronavirusla mübarizə yolları kimi selikli qişanı qorumaq, bol su içmək, ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmamağı məsləhət bilib. Pediatr eyni zamanda, küçədən evə gələn valideynlərə uşaqları qucaqlayıb öpməməyi tövsiyə edib.

Bununla yanaşı, məşhur həkim qeyd edib ki, uşaqlarda koronavirusdan ölüm nadir hallarda baş verir. Bu nadir hallar isə virus fonunda kəskin patoloji xəstəliklər olarsa mümkün hesab edilir.

TurpKimi.com