Doğuma nəzarət üsulları qədimlərdə də istifadə edilib. 50 ildən çoxdur ki, doğuma nəzarət üsulları təkmilləşdirilir.

Yaxşı, antik çağlarda hamiləliyə nəzarət edərkən hansı üsullardan istifadə edilirdi.
TurpKimi.com həmin üsulları təqdim edir:
Limon

Limonda olan sitrik turşusu ən təsirli sperma öldürücü maddələrdən biridir. Antik dövrün xalqları da bu maddənin təsirini bilirdilər. Qadınlar vaginasına limon sıxaraq spermaların təsirini öldürürdülər.
Queen Anne's Lace
 
"Vəhşi Kök" kimi tanınan Queen Anne's Lace bitkisinin toxumları təxminən 2000 il əvvəl doğuma nəzarətdə istifadə edilirdi.
8 saat təsirli olan bu bitkidən daha çox istifadə edilirdi.
Yarpız bitkisi

 Antik tibb kitablarında da bəhs edilən bu bitki düzgün miqdarda istifadə edildikdə hamiləlikdən qoruyur.  Çox istifadə edildikdə isə  zəhərlənməyə səbəb olur. 
Mavi Cohosh

Mavi Cohosh daha çox Qırmızı dərililərin (hindu tayfaları) istifadə etdiyi bir meyvədir. Rəhmdə hərəkətliliyi məhdudlaşdıran iki hormon ehtiva edən bu meyvə indiki vaxtda da bitki mənşəli dərmanlarda istifadə edilir.
Dong Quai

 Bir növ mələk otu olan Dong Quai qadınların menstural  pozğunluğunu aradan qaldıran xüsusiyyətə sahibdir.
Doğuma nəzarətdə də istifadə edilir. Ancaq Avropa və Amerika mələk otlarında eyni xüsusiyyət yoxdur.
Pambıq

Milladdan əvvəl 1550-ci ildə köhnə tibb əlyazmalarının birində akasiya, bal, yun və pambıq qarışığının doğuma nəzarətdə təsirli olduğundan bəhs edilib.
Daha sonra pambığın doğuma nəzarətdə təsirli olduğu, akasiyanın isə laktik turşu ifraz etdiyi kəşf edildi. Amerika tarixində köləlik dövrlərində də pambıqdan istifadə edilməsinə dair bilgilər var.
Sədəf çiçəyi

 İkinci əsrdə yaşamış Yunan ginekoloq Soranusun  favorit bitkisi sədəf çiçəyi o əsrin məşhur hamiləliyə nəzarətdə istifadə edilən bitkilərdən biri idi.  
Vüsalə Əlövsətqızı, TurpKimi.com