Uşaqlı evi təmiz saxlamaq üçün bəzi ipucları


Uşaq olan evdə təmizləyə riayət etmək bir az çətindir. 

usaqli-evi-temiz-saxlamaq-ucun-bezi-ipuclari
03.04.2020 21:39 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki,  anaların işini asanlaşdırmaq üçün bəzi ucuz vasitələrlə uşaqlı evi təmiz saxlamaq mümkündür.
 
Uşaqların olduğu ev sanki müharibədən çıxmış sahəyə bənzəyir.  Kiçik canları ilə evdə elə bir qarışıqlıq yaradırlar ki, bəzən böyüklər belə işin öhdəsindən gəlməkdə, yır-yığış etməkdə çətinlik çəkir. Yemek qırıntıları, boyalar,  əşyalardan qalan qırıntılar və s. kimi  mənzərələrlə qarşılaşanda sakit olmaq üçün güclü səbirə  və ağıllı həll yollarına malik olmaq lazımdır.
Anaların işini asanlaşdırmaq üçün hazırladığımız bu ipucları ilə uşaqlı  evi təmiz saxlamaq mümkündür.

Limon + duz
 
Bu sadə kombinasiya uşaq paltarlarındakı tər ləkələrini çıxartmaqda çox təsirli vasitədir. Ləkəni limon suyu ilə isladın və sonra üzərinə duz tökün və ovun. Daha sonra hər zamankı kimi yuyun.
 
 Karbonat- yəni Soda

Karbonat və suyu qarışdıraraq əldə edəcəyiniz pasta divarda olan boya ləkələrini təmizləyir. Bu qarışıqdan sidik və qusmaq ləkələrini təmizləmək üçün də istifadə edə bilərsiz.

Diş məcunu

Diş məcunu çirklənən idman ayaqqabılarını təmizləmək üçün əla vasitədir.
 
Yaş dəsmal

Yaş dəsmallar hər şeyi təmizləyir. Mətbəx səthləri, hamam, ev əşyaları və geyimlərdəki maddələri asanlıqla təmizləmək olar. Yaş dəsmalla uşağın dərisin sildikdən sonra mütləq su ilə yuyun. 
 
Sirkə

Uşaqların stəkanlarını və butulkalarını dezinfeksiya etmək üçün sirkəyə etibar etmək olar.
 
Oyuncaqlar

Plastik oyuncaqlar qabyuyan maşında yuyaraq asanlıqla təmizlənə və dezinfeksiya edilə bilər. Bununla yanaşı gəlinciklər və yumşaq oyuncaq ayılar paltaryuyanmaşında həssas proqramda yuyula bilər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com