Gündə bir fincan içmək kifayət edir...
Artıq ölkəmizdə də qəhvə gündəlik həyatımızın əsas içkilərindən biri olub. Düzdü, bir çoxu qəhvə içməməyə çalışsa da, bəziləri qəhvənin qoxusunu və ləzzətini çox sevdiyi üçün ondan imtina edə bilmir.
TurpKimi.com-un məlumatına görə mütəxəssislər bildirir ki, gündə bir fincan qəhvə içmək orqanizmdəki qəhvərəngli yağları hərəkətə gətirir, qidalardakı şəkər və yağı məhv edir, bədəni isidir. Kəhvərəngli yağlar kökəlməyimizə səbəb olan ağ yağlardan fərqlidir. Belə ki, ağ yağlar bədənimizin sərf etdiyi enerjidən daha çox enerji aldığı zaman yaranır.
Kəhvərəngli yağ aktiv edildikdə bədənin qanda dövr edən şəkər və yağın miqdarına nəzarət etməkdə kömək olur. Bu şəkildə insanların 2-ci tip diabetdən qorunmasına səbəb olur. Bundan başqa gün ərzində içilən 1 fincan qəhvə alzheimer riskini azaldır.
Qeyd edək ki, nə qədər faydalı olsa da yüksək miqdarda qəhvə içmək asılılıq yaradır. Çünki artıq içildikdə əsəbilik və ya yorğunluğa səbəb olur. Həmçinin orta yaşlı insanlarda təzyiqin yüksəlməsinə gətirib çıxarır. Bu da ürək xəstəliklərini artırır.
Yazılıb: 25.02.2021-ci il
Firuzə Alimova / TurpKimi.com