Ağappaq dişlərə sahib olmaq hər kəsin arzusudur.
Hər şey xarici görünüşlə bağlı olmasa da, möhtəşəm gülüşü hamı istəyir. ABŞ-da aparılan araşdırmalara əsasən, böyüklərin 47.2 faizi 30 yaşına qədər diş problemi ilə üzləşir.
Son günlərdə bir çox insanın sınayıb uğurlu nəticələrə nail olduğu bir üsul var.
Turpkimi.com xəbər verir ki, bu üsula görə, hindistan qozu yağı tezliklə dişləri ağardır və təbii olduğuna görə diş minasına də zərər vermir.
Diş ağartma əməliyyatları xeyli xərc tələb edir, üstəlik də bu əməliyyatı ildə bir dəfə etmək lazımdır. Amma təbii üsuldan istifadə etməklə yaxşı nəticələr əldə etmək mümkündür.
Lazım olanlar:
1 yemək qaşığı hindqozu yağı (alternativ olaraq küncüt yağı)
Necə tətbiq edilir?
Dişləri yumadan əvvəl bir xörək qaşığı hindqozu yağı 10 dəqiqə ərzində ağızda çalxalanır. Yağ dişlərdə incə və ağ bir təbəqə yaradır. Ən mühüm məqam isə ağzı düzgün şəkildə çalxalamaqdır.
Ağızdakı toksinləri əmməsi və ağzı təmizləməsi üçün dişə, diş əti və dilə hindistan qozu yağı dəyməməlidir. 10 dəqiqədən sonra yağı ağızdan ata bilərsiz.
Təbii üsuldan Hindistanda qədim illərdən bəri çox tez-tez istifadə edilir.
Hindistan qozu yağının tərkibindəki maddələr ağızda bakteriyaları öldürür. Eyni zamanda bu maddələr ilə dildəki və diş ətindəki bakteriyalar də yox olur.
Hər şeyin tez bir zamanda nəticə verəcəyini demək düzgün olmaz, amma ən azından uzun müddət istifadə etdikdən sonra bu üsulun ağıza, dişlərə heç bir zərər vermədən dişləri parladacağı, ağardacağı dəfələrlə sübut edilib.
Yazılıb: 16.03.2019
Vüsalə Əlövsətqızı, TurpKimi.com