Bəzi xəstəliklər gizli təşkilatlar, ya da bir neçə alim tərəfindən bilərəkdən hazırlanan və yayılan bir epidemiyadırmı?
Hər dəfə epidemiyaların xüsusi labaratoriya şəraitində hazırlanıb qəsdən yayılması ilə bağlı xeyli fərziyyələr irəli sürülür.
TurpKimi.com 10 xəstəliklə əlaqədar ən maraqlı sui-qəsd nəzəriyyələri haqda bəzi məlumatları oxucular üçün araşdırıb.
1. Parazit stressi
Mandril növünə aid meymunlar bir-birlərinin nəcislərini iyləyər və parazit olub-olmadığına nəzarət edərlər. Eyni vəziyyət biz insanlar üçün təbii ki, etibarlı deyil. 2016-cı ildə nəşr olunan bir araşdırmanın nəticəsinə görə alimlər parazit stressinin cəmiyyətlərə istiqamət verdiyinə inanır.
Parazit stressi, parazit və xəstəlik növlərinin sağlamlığın inkişafını şəkilləndirən insan təkamülü nəzəriyyəsi mənasını verir.
Buna görə də Böyük Vəba Epidemiyası parazit stressinin ən əhəmiyyətli nümunəsi ola bilər. 14-cü əsrdə Avropada yayılan vəba epidemiyası nəticəsində 25 milyon adam həyatını itirmişdi. Bəziləri vəba epidemiyasının yəhudilər tərəfindən xristian aləminin kökünü kəsmək üçün bilərəkdən yaradılan və yayılan bir xəstəlik olduğuna inanırdı.
2. AIDS – QİÇS
"New York Times" qəzetinin yazarı və fizik Laurens Altman (Lawrence Altman) AIDS xəstəliyini dünyada vəbadan sonra ən əhlükəli xəstəlik kimi adlandırıb.
Bəzi alimlər AIDS xəstəliyinin 1930-cu illərdə meymunlardan insanlara keçdiyinə inanır. Bəziləri isə AIDS xəstəliyinin CIA (Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən dünyaya qəsdən yayılan bir növ silah olduğunu düşünür. Bu iddiaya görə CIA homoseksual fərdlərin və zənci-qaradərililərin kökünü kəsmək istəyib və ona görə də bu xəstəliyi yaradıb.
3. Dizenteriya
1800-cü illərin ortasında ABŞ-dakı əyalətlər köləliklə bağlı ortaq məxrəcə gələ bilmirdilər. Hər bir əyalət digər əyaləti günahlandırırdı. "Panic en Washington" adlı bir kitabda 1854-cü ildə Kanzas-Nebraska Aktının köləlik əleyhinə olanları qəzəbləndirdiyi yazılıb. Akt qərb əyalətlərində köləliyi qanuni edir. Lakin köləlik əleyhdarlarının aksiyaları 1586-cı ildə Jmaes Bunhananın başçı kimi seçilməsinə maneə ola bilmədi.
Buchanan bir çox adamın nifrət etdiyi bir ad idi və köləliyi dəstəkləyirdi. Buchanan National Hotel-in açılış mərasimini təşkil etdi. Bucharan bu mərasimdə ishal oldu. İndiki vaxtda dizenteriya kimi bilinən xəstəliyə mərasimdə iştirak edən bir çox adam tutuldu. Bir neçə ay sonra dizenteriya səbəbi ilə aralarında Buchananın qohumlarının da olduğu 36 nəfər həyatını itirdi.
Xəstəlik "National Hotel"də ikinci dəfə baş verdi və hər iki səfərdə də Buchanan oteldə idi. Bir çox Cənublu siyasətçiyə dizenteriya diaqnozu qoyuldu. İnsanlar köləlik əleyhinə olanların dizenteriyanı yaymasına inanmağa başladı. Lakin dövrün mütəxəssisləri xəstəliyin hotelin gigiyenik təsisatının qrunt suyu qazını püskürtməsi nəticəsində yarandığını açıqladı.
4. Legioner xəstəliyi
Yenə ABŞ-da Pensilvaniya əyalətindəki Bellevue-Stratford Hotelində 1976-cı ildə bir ziyafət təşkil edilib. Ziyafətə gələn hamı qrip şikayətiylə xəstəxanaya müraciət etdi. Quru öskürək, ağrı və yüksək temperatur şikayəti ilə xəstəxanaya gələn bəzi qonaqların ağciyərlərində qanlı və qabarcıqlı bir maye təsbit edildi. Ziyafətə gələnlər xüsusi, seçmə adamlar olduğu üçün xəstəliyə Legioner xəstəliyi adı qoyuldu.
Legioner xəstəliyinə nəyin səbəb olduğu heç cürə öyrənilmədi. Bəziləri ağıl sağlamlığı yerində olmayan birinin dəvətə gələrək bu xəstəliyi yaydığını iddia etdi. Ən nəhayət xəstəliyə hotelin mikrob yuvasına çevrilən ventilyasiya sisteminin səbəb olduğu təsbit edildi.
5. Çiçək xəstəliyi
Amerika Müstəqillik Müharibəsi zamanı yayılan ən böyük xəstəlik suçiçəyi idi. Birləşmiş Krallıq qəsdən amerikalı gəlmələrə çiçək xəstəliyi yaydı.
Xəstəliyə bir çarə tapılana qədər ABŞ-da və Kanadada bir çox adam həyatını itirdi.
6. SARS
Bir virus qlobal şəkildə yayılırsa, hər bir xalq onunla mübarizədə xüsusi rol oynayır. 2003-cü ildə dünya SARS adlı yeni bir virusla tanış oldu.
Çində başladığı təxmin edilən SARS virusu ağır tənəffüs sindromuna gətirib çıxarır. SARS-dan ölən insanlar az oldu. Amma alimlər onun yayılmasına nəyin səbəb olduğunu və müalicə üsullarına dair heç nə tapa bilmədi.
İddiaya görə SARS virusunun qaynağı tullantı yemək torbaları idi. Tullantı yemək torbalarından yemək tapmağa çalışan pişiklər SARS xəstəliyinə tutulur və xəstəlik pişiklərdən insanlara keçirdi.
SARS virusunun yayılmasına dair internetdə sui-qəsd nəzəriyyələri yayılmağa başlandı. Rusiyalı mütəxəssislər SARS virusunun alimlər tərəfindən yaradıldığını iddia etdi. Çin isə SARS virusunun yaranmasından ABŞ-ı məsul tutdu.
Tayvan milli təhlükəsizlik direktoru da SARS virusunun Çin tərəfindən şüurlu olaraq yayıldığını və bu virusu bir növ bio silah kimi istifadə etdiyini iddia etdi.
7. Laym xəstəliyi
Laym xəstəliyi 1970-ci illərdən bəri tanınır. Lakin xəstəlik haqqında bilinən çox az məlumat var. Meningit, beyin iltihabı, kəllə sinir iltihabı, oynaq yanğısı, depressiya, xroniki yorğunluq, ürək narahatlığı, başa düşməkdə çətinlik, öskürək, boğaz ağrısı və bağırsaq sindromu ilə özünü göstərən Laym xəstəliyi üçün alimlər fərqli mülahizələr irəli sürüblər.
Laym xəstəliyi ilk etapda təsbit edilməsi son dərəcə çətin olan bir xəstəlikdir. Bəziləri xəstəliyin Böyük Böhran səbəbiylə ortaya çıxdığını söyləyir.
Sui-qəsd nəzəriyyəçiləri isə xəstəliyin adına diqqət yetirirlər. 1975-ci ildə ABŞ-ın Connecticut əyalətinin Lyme (Laym) şəhərində 39 uşaq, bakteriya daşıyan gənələrin hücumuna məruz qaldı. Uşaqların yatdığı xəstəxanada bu xəstəliyin bir növ bio silah olub-olmadığının araşdırılması tələb edildi. İddiaya görə laym xəstəliyi gənələr üzərində sınanan bir növ bio silah ola bilərdi.
8. Ebola
Ebola ilk dəfə 1976-cı ildə təsbit edilib. Ebola virusuna yoluxan fərdlərin 75 faizində daxili qanaxma olur. Virusa yoluxanlarda yüksək temperatur və qarın ağrısı şikayətlərinə də rast gəlinir.
Liberiyada ortaya çıxan Ebola virusu iki mərhələli olaraq insanlara təsir edir. İlk mərhələdə fərd özünü sağalmış kimi hiss edir. Lakin bir il fasilədən sonra Ebola gerçək üzünü göstərməyə başlayır. Liberiya xalqı Ebola virusunun hökumətin xaricdən kömək ala bilmək üçün yaradıldığını düşünür.
Dövlət xidmətlərinin son dərəcə yarıtmaz olduğu Liberiyada səhiyyə xidmətləri də bir o qədər pis vəziyyətdədir.
9. Xərçəng
Növü nə olursa olsun xərçəng son dərəcə təhlükəli bir xəstəlikdir. Çoxları fikirləşir ki, bu xəstəliyin dərmanı var, amma istifadə edilmir. Bu iddiaya görə xərçəngin müalicə edilməməsinin məqsədi beynəlxalq dərman şirkətlərini varlandırmaqdır.
Əgər xərçəngin müalicəsi həqiqətən tətbiq olunsa dərman şirkətləri xərçəng dərmanı sata bilməyəcək və pul qazana bilməyəcək. Bu iddiadan d belə çıxır ki, xərçəng qəsdən sağaldılmır.
10. Zika virusu
Zika virusu diaqnozu ilk dəfə 1947-ci ildə qoyulub. Bir iddiaya görə İngilis biotexnologiya firması Oxitec laboratoriya mühitində Zika virusunu yaradıb. Əslində insanın xeyrinə ağcaqanadların yayması üçün əlverişli edib.
Şirkət 2012-ci ildə Braziliyada fəaliyyət göstərməyə başladı. 2016-cı ildə də Zika virusu epidemiyası meydana çıxdı.
Zika virusu ağcaqanadlar vasitəsilə insanlara ötürülür. Virusun insanlar üçün qorxunc təsirləri var. Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər. Əlamətləri sırasına yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrıları daxildir.
Əslində insanlıq naminə başlayan layihə insanları hədəfə aldı.
Lakin bir başqa iddia isə Oxitec şirkətinin günahsız olduğu ilə bağlıdır. Beləki, Oxitec şirkəti virusun yarandığı 1947-ci ildən 55 il sonra yaradılıb.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 08-05-2021