1000 qida arasından seçildilər - Orqanizm üçün faydalı olan 11 QİDA


Sağlam olmaq üçün 1-ci qidalanmadan başlamalıyıq!

1000-qida-arasindan-secildiler
26.06.2019 01:02 2 dəq oxuma

Bildiyimiz kimi yediklərimizin orqanizmə bir çox faydası var. Onlar bədənimizin ehtiyac duyduğu vitamin və mineralları təmin edərək sağlam yaşamağımıza kömək edir.

TurpKimi.com bildirir ki, aradırmaçılar 1000 ədəd qida maddəsini araşdırıb və nəticədə insan orqanizminin ən çox ehtiyac duyduğu qidaları müəyyən edib.

1 – Qırmızı kələm

100 qramında 31 kalori var. Vitaminlərlə zəngin olan bu bitkinin yabanı növlərinin Avropa və Ağ dəniz kənarında yetişdiyi təxmin edilir.

2 – Balqabaq tumu

100 qramda 559 kalori var. Bitki tərkibli dəmir və maqneziumla zəngindir.

3 – Çuğundur yarpağı

100 qramda 22 kalori var. Tərkibində kalsium, dəmir, K və B qrup vitaminləri, xüsusilə də riboflavin var.

4 – Su tərəsi

100 qramda 11 kalori: axar suların kənarında yetişən bu bitki mineral əskikliyinin qarşısını almağa kömək edir.

5 – Mandarin

100 qramında 53 kalori var. Bu meyvə karotenoid və A vitamini ilə zəngindir.

6 – Yaşıl soğan

100 qramda 27 kalori: mis, fosfor və maqneziumla bol olan yaşıl soğan eyni zamanda K vitaminin qaynağıdır.

7 – Qreyfrut

100 qramında 42 kalori var. Tərkibində karotenoid və likopen piqmentləri var.

8 – Badam

10 qramında 579 kalori var. Doymamış yağlı turşularla zəngin olan badam ürək və damar xəstəliklərinə, diabetə faydalıdır.

9 – Reyhan

100 qramda 23 kalori: ürəyi qoruyan bu bitki göbələk və bakteriyalara qarşı orqanizmi qorumaqda faydalıdır.

10 – Acı bibər

100 qramda 324 kalori: kapsaisinoid, karotenoid, askorbin turşusu və antioksidantlarla zəngindir.

11 – Uzun saplaqlı brokoli

100 qramda 22 kalori var. Bildiyimiz brokolidən fərqlidir. Saplağı daha uzun, çiçək hissəsi daha kiçik olan bu tərəvəz turpkimilər ailəsindəndir.

Firuzə Alimova / TurpKimi.com