Azərbaycanda koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 9 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib.
Hazırda aktiv sayı 3 992 nəfərdir.
Son sutkada koronavirusla bağlı 5 600 test aparılıb, bununla da testdən keçənlərin sayı 368 254 nəfərə çatıb.
TurpKimi.com