13 yaşında uşaq dünyaya gətirən qızla bağlı bəzi detallar məlum oldu


13 yaşlı qızın dünyaya gətirdiyi körpənin atasının 15 yaşı olduğu üzə çıxıb.

13-yasinda-usaq-dunyaya-getiren-qizla-bagli-bezi-detallar-melum-oldu
07.09.2022 20:20 1 dəq oxuma

Qız illər əvvəl öz atasını itirib. 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. O, ögey ata ilə yaşayırmış.

Ailənin çox kasıb olduğu və butulka sataraq dolandıqları deyilir.

Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır. (Lent.az)

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məsələni nəzarətə götürüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda ana uşaq doğan 13 yaşlı qızından və nəvəsindən İMTİNA ETDİ

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə lent.az-a açıqlamasında bildirib ki, 13 yaşlı qızın anası həm öz qızından, həm də nəvəsindən imtina edib. Qız isə sığınacağa yerləşdirilməsi üçün müraciət edib.
Baş vermiş hadisə sosial şəbəkədə insanların da qəzəbinə səbəb olub.