8 saatlıq diyet kimi tanınan 16:8 diyeti bir növ oruc tutmağa bənzəyir. Diyet Hollivud məşhurları arasında çox məşhurdur.
Yemək saatlarını məhdudlaşdırmağın arıqlamaqdan tutmuş xroniki xəstəlik riskini azaltmağa qədər hər şeyə kömək etdiyi iddia edilir. Bu məşhur arıqlamaq üsulu diqqətli deyilsinizsə, əks təsir göstərə bilər.
TurpKimi.com 16:8 diyeti haqqında bilməli olduğunuz bəzi məqamları nəzərinizə çatdırır.
16: 8 diyeti daha sağlam olmaq və ya çəki vermək üçün edilən zamanla məhdudlaşdırılan bir orucdur. 5: 2 diyetinin ardınca (həftədə 5 gün nə istəsən onu ye və digər 2 gündə yalnız 500 kalori, ya da daha az qida istehlak et) Cimmi Kimmel də diyetini 16:8-lə davam edən məşhurlardan biridir.
16: 8 diyetində hər gün 16 saat su, qəhvə və çay kimi şəkərsiz içkilərdən başqa bir şey istehlak etmirsiniz. Qalan 8 saatlıq dilim isə bütün yeməklərinizi yediyiniz zamandır. İnsanların çoxu bunu gecələri oruc tutaraq, naharı buraxaraq və günün ortasında ilk paylarını yeyərək edir.
Bu müddət ərzində heç bir yemək qadağan deyil, ancaq bəzi insanlar çəkini çox vermək üçün üçün yemək saatlarında ketogenik diyet (karbohidrat tərkibi aşağı, zülal tərkibi orta və yağ tərkibi isə yüksək olan diyetlər) edir.
Müəyyən fasilələrlə oruc termini bir çoxumuz üçün yeni olsa da, bu tətbiq babalarımızın təbii həyat tərzindən çox da fərqli deyil: Günün işıqlı vaxtı ovlamaq, toplamaq və yemək yemək; qaranlıqda yuxu və sürətli hərəkət etmək.
16:8 arıqlamaq üçün faydalıdır?
Araşdırmalar göstərib ki, fasiləli oruc tutan insanlarla kalorisi az qidalar qəbul edənlər arasında heç bir fərq yoxdur.
Bəzi diyetoloqların fikrincə, planlı və məhdudlaşdırıcı diyetə riayət etməkdə çətinlik çəkənlər fasilələrlə oruc tuta bilərlər.
"Journal of Nutrition and Healthy Eating"də nəşr olunan 2018-ci il araşdırmasında 16:8 oruc planının kök insanların yedikləri hər kalorini saymadan kilo vermələrinə kömək ola biləcəyi göstərilir.
Oruc tutmağa istiqamətli bu yanaşma yüksək təzyiqlə mübarizə edənlərə də kömək edə bilər.
"New England Journal of Medicine" də nəşr olunan yeni bir elmi məqaləyə görə, 16:8 oruc planı bədənin təbii olaraq qan şəkərini yaxşılaşdırmağa və uzun müddətdə qan təzyiqini aşağı salmağa kömək edir.
Gündə 16 saat oruc tutmaq sağlamlığa faydalıdırmı?
Orqanizm hüceyrələrin şəkəri əmməsinə kömək etmək üçün insulin ifraz etdiyindən oruc tutmaq zamanla insulin dirəncinə olan həssaslığı azalda bilər. Yüksək insulin səviyyəsi bir çox xəstəlik üçün risk yaradır.
Bundan əlavə araşdırmalar göstərir ki, oruc tutmaq pis xolesterolda artıma səbəb olur. Fasiləli oruc baş gicəllənməsi və ürək bulanması hiss etdirə bilər və qan şəkərinin aşağı düşməsinə səbəb ola bilər.
Fasiləli oruc tutmaq bədənin ac qalmasına səbəb olduğu və maddələr mübadiləsini pozduğu üçün çətin bir dövrdür. Məhdud bəslənmə depressiyaya və psixoloji gərilmələrə səbəb ola bilər.
Bu hal xüsusilə yemə pozğunluğu yüksək olan qadınlar üçün keçərlidir.
Nəticədə bu fərdi bir seçimdir. Ancaq 16 saat ac qalmağın risklə bərabər faydalı tərəfləri də var. Birincisi qida seçimlərinizə daha yaxşı fikir verəsəcəksiz. Başlamaq üçün nə vaxt və nə yeməyinizə qərar verərkən bu sualları nəzərinizdə saxlayın.
Yemək yeməyə qərar verərkən haradasınız?
Çoxumuz aclıq səviyyələrinə deyil, ssenariyə görə yemək yeyirik. Məsələn: Axşam yeməyindən sonra kinoya getdiniz və könlünüzdən təcili olaraq pop korn yemək keçdi. Hamımız yaşamışıq!
Yemək yediyiniz anları gözünüzün önünə gətirərək, daha əvvəl fərq etmədiklərinizə diqqət edə bilərsiniz. Saat 20:00-dan sonra oruc tutursunuzsa, yeməkdən sonra atışdırmaları və kaloriləri avtomatik olaraq kəsəcəksiniz.
Kifayət qədər yatırsınızmı?
Gecə saat neçədə atışdırmalıqları dayandırdınızsa, bu daha erkən yatmağınıza kömək ola bilər. 7 saat yatmaq daha çox çəki vermənizə səbəb olar və xroniki xəstəlik riskini azaldar və maddələr mübadiləsinə kömək edər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com