17 metrlik balinada skolioz aşkar edildi - FOTO


Təəccüblü haldır...

17-metrlik-balinada-skolioz-askar-edildi
23.03.2023 12:00 1 dəq oxuma

İspaniyanın şərqindəki Kullera sahillərində nəhəng büzməli balina üzərkən görüntülənib. Üzməkdə çətinlik çəkən balinanın bütün onurğasının əyri olduğu diqqət çəkib.

TurpKimi.com “İndependent”ə istinadla xəbər verir ki, balinanın əyri onurğası əvvəlcə onun sürünən balıq torlarına qarışdığı ehtimalını yaradıb. Lakin sonrakı müşahidələr balinada skolioza bənzər onurğa xəstəliyinin olduğunu üzə çıxarıb.

İnsanlarda da müşahidə olunan skolioz xəstəliyi son dərəcə ciddi duruş pozğunluqlarına səbəb olur və adətən onurğanın yana əyilməsi ilə müşahidə olunur.

Skoliozun müalicəsində xəstələrə tez-tez üzgüçülük kimi məşqlər tövsiyə olunduğundan, tədqiqatçılar suda yaşayan balinada onurğa sütununun oxşar əyriliyinə çox təəccübləniblər.

Təxminən 17 metr uzunluğunda və 40 ton ağırlığında olduğu düşünülən balina Aralıq dənizinin dərinliklərində yoxa çıxıb. 

Firuzə Alimova / TurpKimi.com