2 gün bəhməzi belə için - Görün hansı dərdiniz qalacaq?!


2 günə təsirini görəcəyiniz bəhməzli qarışım...

2-gun-behmezi-bele-icin
24.02.2022 14:33 2 dəq oxuma

Əminik ki, bəhməzlə bağlı qeyd edəcəyimiz yeni reseptin faydalarını oxuduqdan sonra həyatınızın vazkeçilməz bir hissəsi olacaq.

Bəhməzin nə vaxt və kim tərəfindən kəşf edildiyi bəlli olmasa da, ilk dəfə Türkiyə torpaqlarında hazırlandığı deyilir.

TurpKimi.com bildirir ki, mütəxəssislər vitamin və minerallarla həddən artıq zəngin olan bəhməzin içinə kərə yağı və qara istiot əlavə edildiyində faydasının ikiqat artdığını deyir. Həmin faydalar hansılardır? Buyurun oxuyun:

- Güclü bir antioksidant və antibakterial olan bəhməz B vitamin qrupu ilə zəngindir.

- Orqanizmin dəmirə olan ehtiyacını qarşılayan bəhməz, qan yaradan hüceyrələrin artmasını da təmin edir.

- Bir kasa bəhməz orqanizmin ehtiyacı olan maddələrin təqribən 50 faizini təmin edir.

- Aparılan araşdırmalara görə, bəhməzin tərkibindəki tiamin və riboflavin maddələri baldan 10 dəfə çoxdur.

- Uşağın inkişafına çox faydalı olduğunu üçün həkimlər hamiləlik zamanı bəhməzi bu qarışımda qəbul etməyi məsləhət görür.

- Mədə turşuluğunu normaya salır.

- Həzm sistemindəki xəstəliklərə təbii dərmandır.

- İmmun sistemini gücləndirən təbii vasitədir.

- Həzmin funksiyalarını artırır.

- Bağırsaqların florasını normaya salır.

- Antibakterial xüsusiyyətə malik olan bəhməz ağ ciyər və qara ciyərin dərdindən təmizlənməsinə kömək olur.

Sümüklərin inkişafına və güclənməsinə təsir edən kalium, kalsium, maqnezium və mislə zəgindir. Mütəxəssislər sümük qırılması və ya əzilmələr zamanı sümük suyu ilə yanaşı bəhməzin də qəbulunu məsləhət görürlər.

Qan təzyiqi qanda olan maddələrdən dolayı ya azalır, ya da yüksəlir. Bu hal yüksək təzyiq və iflic kimi xəstəliklərə yol açır. Bəhməz isə qan təzyiqini tarazlayaraq bu kimi halların yaşanmasının qarşısını alır.

Qara istiotlu bəhməzın hazırlanması:

Bəzən mövsümündən asılı olmayaraq bizi quru öskürək tutur. Gecələr yatanda öskürək bizdən əl çəkmir, dərmanlar belə fayda vermir. Qara istiotlu bəhməz qarışımı nəyinki quru öskürəkdən xilas edəcək, həm də ciyərləri təmizləyəcək. Hətta mütəxəssislər udqunma, nəfəs alma və quru öskürək kimi narahatlıqlarda bəhməzin qara istiotla birlikdə qaynadılıb qəbul edilməsini tövsiyyə edirlər. Bozağı bakteriyalardan təmizləyərək, sinus yollarının açılmasına kömək edir.

2 çay qaşığı bəhməzin içinə bir az qara istiot əlavə edib gündə 1 qaşıq qəbul edin.

Davamlı qəbul etdikdə 1-2 gün ərzində öskürəyinizin kəsiləcəyinə şahidi olacaqsınız.

Yazılıb: 28.12.2021-ci il

Firuzə Alimova / TurpKimi.com