20 apreldə Hibrid Günəş tutulması olacaq


Günəş tutulmasını izləmək mümkün olacaq...

20-aprelde-hibrid-gunes-tutulmasi-olacaq
19.04.2023 18:46 1 dəq oxuma

20 aprel 2023-cü il cümə axşamı, cənub yarımkürəsində Ay Günəşi təxminən 76 saniyə ərzində tamamilə gizlədərək, tam Günəş tutulmasını izləmək imkanı yaradacaq.

TurpKimi.com “Forbes”ə istinadla xəbər verir ki, bu tutulmanı müşahidə etmək istəyən həvəskarlar dünyanın hər yerindən unikal tam Günəş tutulmasını müşahidə etmək üçün Qərbi Avstraliya, Timor Leste və Qərbi Papuaya səyahət edirlər.

Tutulma yalnız Cənub yarımkürəsində görünəcək.

Günəş tutulması Hind okeanındakı Kerguelen adaları yaxınlığında günəşin doğuşu kimi başlayacaq.

O, Qərbi Avstraliya sahillərindən sıyrılaraq Şərqi Timor və Qərbi Papuadan keçəcək, bir neçə saniyə ərzində “atəş halqası”na çevriləcək.

Sakit Okeanda Marşal adaları üzərində günəş batdığı zaman sona çatacaq.

Nisbətən az adam tam günəş tutulmasının şahidi olacaq.

Firuzə Alimova / TurpKimi.com