20 Yanvarın havası


Hava küləkli olacaq.

20-yanvarin-havasi-1-2-3-4
19.01.2025 22:11 1 dəq oxuma

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında gün ərzində gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, sabah saat 7:00-11:00 radələrində arabir yağıntılı olacağı , tədricən kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s, havanın temperaturu 3-6° isti olacaq.

Saat 11:00-14:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s, havanın temperaturu 5-7° isti olacaq.

Saat 14:00-17:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 7-12 m/s, havanın temperaturu 6-8° isti olacaq.

Saat 18:00-22:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 5-10 m/s, havanın temperaturu 5°-dək isti olacaq.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Daşkəsən, Gədəbəy, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Göygöl, Qazax, Ceyrançöl, Ağdam, Samux, Şəmkir, Tovuz, Ağstafa, Neftçala, Qobustan, Şəki, Oğuz, İsmayıllı, Lerik, Yarımlı, Lənkəran, Astara, Masallı, Salyan, Hacıqabul, Yevlax, Mingəçevir, Tərtər, Bərdədə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.