2020-ci il Ramazan ayının təqvimi - CƏDVƏL


Allah bütün oruc və niyyətləri qəbul etsin!

2020-ci-il-ramazan-ayinin-teqvimi
21.04.2020 10:05 1 dəq oxuma

Ramazan ayının təqvimi açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları əks olunub.

TurpKimi.com bildirir ki, təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir.

Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır.

Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

Qeyd edək ki, Türkiyə mediasında Diyanət İşləri Nazirliyi tərəfindən verilən açıqlamaya görə, Ramazan ayı aprelin 24-də başlayacaq. Sözügedən tarix həftənin cümə gününə təsadüf edir, yəni aprelin 23-ü, cümə axşamı ilk teravih namazı qılınıb oruc tutulacaq. Hər il 10 gün qabağa gələn Ramazan bayramı bu il mayın 23-də, şənbə günü başa çatacaq.

TurpKimi.com