İndidən bayram günlərində gedəcəyiniz yerləri müəyyən edin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
TurpKimi.com xəbər verir ki, ƏƏSMN-dan verilən məlumata görə, 2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən, 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir: 1, 2 yanvar – Yeni il bayramı; 20 Yanvar – Ümumxalq Hüzn günü; 8 Mart – Qadınlar günü; 20, 21, 22, 23, 24 mart – Novruz bayramı; 9 May – Faşizm üzərində Qələbə günü; 24,25 may – Ramazan bayramı; 28 May – Respublika günü; 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü; 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü; 31 iyul,1 avqust – Qurban bayramı; 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.
Məlumatda bildirilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən, 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar, 9, 25, 26 mart, 11, 26 may, 3 avqust tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 9, 25 mart, 26 may tarixləri istirahət günləridir. 2020-ci ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir. Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Milli Məclis deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
TurpKimi.com