Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yeni ilin ilk günlərində gözlənilən temperatur göstəricilərini açıqlayıb.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 1-2-də axşam 4-6°, səhər 8-10° isti, yanvarın 3-4-də isə axşam 4-6°, səhər 7-9° isti olacaq.
Qarabağ zonasında yanvarın 1-2-də havanın temperaturunun axşam 3° şaxtadan 2°-dək isti, səhər 5-9° isti, yanvarın 3-4-də axşam 2° şaxtadan 3°-dək isti, səhər 6-10° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında yanvarın 1-də axşam 0-5° şaxta, səhər 5-10° isti, yanvarın 2-də axşam 1-4°, səhər 5-9° isti, yanvarın 3-4-də isə axşam 2-3°, səhər 5-9° isti olacağı bildirilir.
Gəncə-Qazax zonasında yanvarın 1-də axşam 2-3° şaxta, səhər 5-9° isti, yanvarın 2-də axşam 1-4° şaxta, səhər 7-11° isti, yanvarın 3-də axşam 0-4° şaxta, səhər 7-11° isti, yanvarın 4-də isə axşam 0-4° şaxta, səhər 7-10° isti olacağı ehtimalı var.
Balakən-Şəki, Quba-Qusar bölgəsində yanvarın 1-də axşam 1-4°, səhər 6-10° isti, yanvarın 2-də axşam 0-4°, səhər 6-10° isti, yanvarın 3-də axşam 0-4°, səhər 6-11° isti, yanvarın 4-də axşam 0-4°, səhər 6-10° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran rayonlarında yanvarın 1-də axşam 1-4° səhər 7-11° isti, yanvarın 2-də axşam 0-4° səhər 7-11° isti, yanvarın 3-də axşam 1-5°, səhər 7-11° isti, yanvarın 4-də axşam 1-5° səhər 8-11° isti olacağı gözlənilir.
Masallı-Lənkəran bölgəsində yanvarın 1-də axşam 3-5°, səhər 7-10°, yanvarın 2-də axşam 4-6° səhər 7-11°, yanvarın 3-də axşam 5-7°, səhər 7-11°, yanvarın 4-də axşam 5-7°, səhər 8-12° isti olacaq.
TurpKimi.com