2021-ci ilin ilk iki ayı nə qədər ekiz doğulub?


Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk iki ayı ərzində ölkədə 20 984 doğulan körpə qeydə alınıb.

2021-ci-ilin-ilk-iki-ayi-ne-qeder-ekiz-dogulub
14.04.2021 15:32 1 dəq oxuma

TurpKimi.com  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsiməlumat yayıb.

Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə bu göstərici 13 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.

Bu ilin yanvar-fevral aylarında ölkədə 13 338 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.