2022-ci ildə körpələrə ən çox hansı adlar verilib?


2022-ci ildə doğulan körpələrə daha çox hansı adlar verilib? - SİYAHI

2022-ci-ilde-korpelere-en-cox-hansi-adlar-verilib
17.01.2023 16:48 1 dəq oxuma

Azərbaycanda 2022-ci ildə doğulan körpələrə verilən adlar arasında Uğur (2032) ilk yerdə qərarlaşıb.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər yayıb.

2022-ci ildə ölkədə dünyaya gələn uşaqlara verilən adlar arasında ilk onluqda Uğur, Əli (1865), Zəhra (1820), Hüseyn (1752), Yusif (1656),  Aylin (1504), Məryəm (1484), Zeynəb (1476), Fatimə (1263), Mələk (1221) adları yer alıb.

Ümumiyyətlə, 2022-ci ildə oğlan körpələrə daha çox Uğur, Əli, Hüseyn, Yusif, Məhəmməd, Ömər, Raul, Murad, Adəm, Tunar, Ayxan, Fateh, Rəsul, Ümid, İbrahim, Davud, Onur, Tuncay, Mehdi və s. adlar verilib.

Qız uşaqlarına verilən adlar arasında isə Zəhra, Aylin, Məryəm, Zeynəb, Fatimə, Nilay, Mələk, Ayla, İnci, Nuray, Dəniz, Mədinə, Melisa, Leyla, Miray, Əsma, Yağmur, Banu, Xədicə və Ayan kimi adlara üstünlük verilib.

Qeyd edək ki, son beş ildə körpələrə daha çox Zəhra (7891), Yusif (7686), Əli (7665), Uğur (7380), Hüseyn (7038), Zeynəb (6055), Məryəm (5819), Aylin (5688), Fatimə (5200), Mələk (5150) adları verilib.

TurpKimi.com