Smartfonlar hələ də arzuolunan yüksək səviyyədə deyillər...
“iPhone 13 Pro Max”, “Xiaomi 12 Pro”, “OnePlus 10 Pro”, “Samsung Galaxy Z Fold4”, “Galaxy Z Flip4” və “Galaxy S22 Ultra” telefonları batareyalarının gücü ilə sınanıb. Lakin aparılan testlər telefon batareyalarının hələ də arzuolunan yüksək səviyyəyə çatmadığını üzə çıxarıb.
TurpKimi.com bildirir ki, aparılan sınaqlara görə “Galaxy Z Fold4” “Samsung”un ən uzun müddətli dözümlü telefonu olsa da, digər rəqiblərindən geri qalıb.
Smartfonun 4400 mAh batareyası 9 saat 18 dəqiqə fasiləsiz oyun oynamağa imkan verib. 3700 mAh tutumlu batareyaya malik “Galaxy Z Flip4” isə 9 saat 4 dəqiqə fasiləsiz oyun təcrübəsi təqdim edib.
Nəhayət, “Samsung Galaxy S22 Ultra” 5000 mAh batareyasının olmasına baxmayaraq, 8 saat 56 dəqiqə oyun oynamağa şərait yaradıb. Bu smartfon böyük batareyaya malik olsa da, “Galaxy Z Fold4” və “Galaxy Z Flio4” dən geri qalıb. Bunun səbəbi prosessorudur.
Lakin “Samsung”un yeni qatlana bilən telefonlarında istifadə etdiyi “Snapdragon 8+ Gen1” prosessoru digər android rəqiblərini geridə qoymağı bacarır.
Bəs zirvəni fəth edən hansı telefondu?
4352 mAh batareya gücünə malik “iPhone 13 Pro Max” 10 saat 35 dəqiqə oyun sınağına tab gətirərək ən yaxşı telefonların siyahısında zirvəyə qalxıb və batareyası ən dözümlü telefon olub.
Siyahının 2-ci yerində 9 saat 38 dəqiqə ilə “Xiaomi 12 Pro”, 3-cü yerdə isə “OnePlus 10Pro” qərarlaşıb. Siyahını təqdim edirik:
Firuzə Alimova / TurpKimi.com