2025-ci ilin bayram tətilləri açıqlanıb


2025-ci ilin istirahət günləri çox olan bayramların adı açıqlanıb.

2025-ci-ilin-bayram-tetilleri-aciqlanib
11.12.2024 23:00 1 dəq oxuma

Ramazan bayramı ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 2025-ci il martın 30 və 31-i Ramazan bayramı günləri müəyyən edilib.

2025-ci  il, 30 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 1 aprel qeyri-iş günü olacaq.

Beləliklə,  Ramazan bayramında ardıcıl 3 gün – 30 və 31 mart və 1 aprel qeyri-iş günləri olacaq.

Novruz bayramında bir həftə qeyri-iş günü olacaq

 Nazirlər Kabinetinin qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

2025-ci il, 22 və 23 mar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq.

Beləliklə, 2025-ci il, Novruz bayramında ardıcıl 7 gün -20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq

Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

2025-ci il, 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.

Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün gələn il Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.

TurpKimi.com