Sadəcə 3 günlüyünə...
Şirniyyatdan vaz keçmək və ya azaltmaq diet saxlayanlar üçün əsas məsələdir. Şirniyyat bizi xoşbəxt etsə də, orqanizmin kənardan şəkər almasına ehtiyacı yoxdur. Çünki qəbul edilən taxıl, meyvə və quru baxlalılarda şəkər var.
İsveçli həkim Andreas Eenfeldt diet haqqında deyilən bütün əfsanalərə inanmaqdan vaz keçməyi və orqanizmin göndərdiyi işarələri izləməyi məsləhət görür.
Bədənimiz iki qaynaqdan enerji alır:
- Şəkər tərkibli karbohidratlardan
- Yağdan
Sadəcə 3 günlüyünə...
İllər boyu arıqlamağın yeganə yolunun az yağlı yeməklərdə olduğu söylənilib. Ancaq yağdan çox şəkərdən istifadəni azaltmaq daha işə yarayır. Əgər bunu bacara bilsəniz təəccüblənəcəyiniz nəticələr əldə edəcəksiniz.
Yağdan miqdarında istifadə edib şəkər istehlakını tamamilə dayandırsanız, qalıcı olaraq incə bədən quruluşuna sahib olacaqsınız. Hətta daha sağlam orqanizmə, güclü saç quruluşuna və dəriyə sahib ola bilərsiniz. İlk olaraq belinizin incəldiyini görəcəksiniz.
Aldığınız hər məhsulun kalorisinə baxmağınıza ehtiyac qalmayacaq.
Şəkərdən istifadəyə 3 günlük fasilə verdikdə doyma hissi yaşayacaqsınız. Beləliklə, daha az yemək yesəniz də aclıq hiss etməyəcəksiniz. Bunu sınaqdan keçirin. Artıq bir çox insan axşam yeməyində daha az yeməyə ehtiyac duyduğunu söyləyir.
3 GÜNLÜK MENYU
Səhər yeməyi
Yumurta omleti və ya soyutma yumurta
Kremalı qəhvə
Pendirlə qırmızı meyvələr
Blinçik
Zeytun yağlı, göyərtili salat
Günorta yeməyi
Ət yeməkləri
Şorba yeməkləri (kartofsuz və lobyasız)
Salatlar (zeytun yağlı)
Dəniz məhsulları (yüksək karbohidratlılar xaric olmaqla)
Axşam yeməyi
Qızardılmış tərəvəz yeməkləri (brokoli, gül kələm, ispanaq, bibər dolması)
Səhər yediklərinizdən hər hansı birini seçə bilərsiniz.
Doyduğunuzu hiss edənə qədər yeməlisiniz. Əgər bir müddət bu sistemlə davam etsəniz geyimlərinizin əyninizə böyük olduğunu görüb təəccüblənəcəksiniz. Bərk acımaqla yanaşı, bağırsaq və təzyiq problemlərinizdən də qurtulmuş olacaq və özünüzü enerjili hiss edəcəksiniz. Ən əsası bu yolla orqanizm və sağlamlığınızı qorumuş olursunuz.
Firuzə Alimova / TurpKimi.com