3 günə həyati vacib orqanı təmizləmək mümkündür.
Sağlam yaşamağı üstün tutan insanlar ağ ciyərlərinin təmizlənməsi üçün klinikalara gedərək müxtəlif kimyəvi üsullara əl atırlar. Siqaret çəkmək, spirtli içkidən istifadə, sağlam qidalanmamaq ağ ciyərləri çirkləndirir və təmizlənməsi uzun zaman alır. Ona görə də ağ ciyərlərin təmizlənməsi insanların ən çox axtardığı sağlamlıq problemlərindən biridir. Ciyərləri təmizləyən qidalar arasında isə limon, qreyfrut, kök, cəfəri və qaragilə kimi meyvə-tərəvəzlər yer alır.
3 günə ciyərləri təmizləyən üsul:
- 1,5 stəkan suya 2 limonun suyunu sıxın və səhər yeməyindən əvvəl için.
- Nahar yeməyindən əvvəl eyni miqdarda qreyfrut və kök suyunu için. Greyfrut və kök suyu tənəffüs yolu sistemini nizamlayır, qanı təmizləyir.
- Yemək yeyərkən 2 stəkan kalsiumla zəngin qaragilə yeyin.
- Axşam yatmazdan əvvəl isə yenə 2 stəkan qaragilənin suyunu içib yatın.
Bu üsulu tətbiq edəcəyiniz 3 gün ərzində bitki çayları içə, ciyərlərinizi açacaq idmanlar edə və evkalipt kimi təbii yağlarla tənəffüs yollarını açan qarışımlar tətbiq edə bilərsiniz.
Firuzə Alimova / TurpKimi.com