3 GÜNLÜK MÜALİCƏ - dəriniz 10 yaş cavan görünəcək


3 günə nəzərəçarpacaq nəticə...

3-gunluk-mualice
19.11.2021 18:52 2 dəq oxuma

Əlbəttə, kim istəməz ki, üz dərisi təravətli, cavan və gözəl görünsün?! Bəzən tez bir zamanda üzdə gözəl nəticə əldə etmək mümkün olmaya bilər.

TurpKimi.com 3 günlük proseduru sınamağı təklif edir. Bundan sonra dərinizdəki nəzərəçarpacaq dəyişikliyə şahid olacaqsınız.

1-ci GÜN

Günə banan maskası ilə başlayın. Yarım banan götürüb əzin. Daha sonra bir kasaya 2 çay qaşığı banan əzməsi və 1 çay qaşığı çiy süd əlavə edin. Yaxşıca qarışdırın və maska hazırdır. Maskanı təmiz üzə çəkin və 15 dəqiqə saxladıqdan sonra yuyun.

2-ci GÜN

Üzünüzə düyü suyu püskürdün. Düyü suyu necə hazırlanır? 1 stəkna suya yarım stəkan düyü tökün və 30 dəqiqə suda saxlayın. 30 dəqiqədən sonra düyü suyunu sprey qabına süzün.

Düyü suyu ucuz və zərif təmizləyici vasitə rolunu oynayır. Üzə vurduqdan sonra masaj edin və yə pambıq tamponla silin. Əgər toner kimi istifadə edəcəksinizsə, üzünüzdə saxlaya bilərsiniz.

3-cü GÜN

Kartoflu kubik masajı: Bunun üçün 1 kartof götürün, qabıqlarını soyub rəndələyin. Sürtgəcdən keçirilmiş kartofu blenderə qoyun, üzərinə ½ stəkan nar toxumu və 1 xörək qaşığı su və limon suyu əlavə edib qarışdırın. Əldə etdiyiniz qarışımı buz qablarına yerləşdirib dondurucuda dondurun. Donduqdan sonra 5 dəqiqə ərzində kartoflu kubikləri masaj edərək üzünüzə sürtün.

Sadalananları 3 gün ərzində sınaqdan keçirin və dərinizdəki dəyişikliyi mütləq görəcəksiniz.

Mənbə: vkurselife.com

Firuzə Alimova / TurpKimi.com

Yazılıb: 19-04-2021