Gözəlliyimiz daxili sağlamlıqdan qaynaqlanır...
Bağırsaqların təmizlənməsi həm dəriyə, həm də sağlamlığa faydalıdır. Dərinin gözəl və ləkəsiz olması daxildən gələn təmizlikdən asılıdır. Sağlam olmaq isə orqanlarımızın düzgün işləməsiylə mümkündür.
TurpKimi.com bildirir ki, arıtq çəkili olmasaq belə bağırsaqlarda yığılan zərərli tullantılar sağlamlığımızı və dərimizin gözəlliyini təhlükəyə atır. Üstəlik bağırsaqlarda yığılan zərərli maddələr özünüzü daha kök və şişkin hiss etmənizə səbəb olur.
Ona görə də bağırsaqlarımızı təmizləməli və buna kömək edəcək vasitələri həyatımıza daxil etməliyik. Bunlardan biri də bir stəkan su, alma sirkəsi, limon suyu, zəncəfil və dəniz duzudur.
Limon və limon suyunun faydalarını bilməyən yoxdur. Lakin qeyd edəcəyimiz qarışım sayəsində faydası iki qat artacaq. Zəncəfil isə immuniteti gücləndirən vasitələr arasında birincidir.
Qarışımın hazırlanması üçün:
1 xörək qaşığı alma sirkəsi
2 xörək qaşığı limon suyu
1 xörək qaşığı zəncəfil
Bir çimdik dəniz duzu
1 stəkan su
Bir stəkan suyu qaynadın və içərisinə dəniz duzu əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra digər vasitələri əlavə edin. Hamısını birlikdə yaxşı-yaxşı qarışdırın.
Hazırladığınız qarışımı səhərlər ac qarına qəbul edin. Bu içki sirkə və limonun tərkibindəki antioksidant sayəsində immun sistemini gücləndirən və bağırsaqları təmizləyən möcüzəvi təsirlərə malikdir.
Bundan başqa, bu qarışım toksinləri orqanizmdən çıxararaq, infeksiya və xəstəliklərdən qorunmağa kömək edir. Güclü mineral və vitamin tərkibi ilə sağlamlığa faydalıdır.
Firuzə Alimova / TurpKimi.com