3 həftəyə selluliti əridin - RESEPT


Yay gələndə qadınlar üçün daha da kabus halına gələn sellulitdən yaxa qurtarmaq mükündür. Sadəcə olaraq bir az əziyyət çəkməli olacaqsız. 

3-hefteye-selluliti-eridin
01.08.2020 10:37 2 dəq oxuma

 TurpKimi.com-un təqdim etdiyi reseptlə 3 həftədə sellulitinizi incəldə biləssiz.  

 İstilər özünü göstərməyə başlayanda sellulitli bölgələr də güzgüdə daha çox gözümüzə batmağa başlayır.

Portağal qabığına oxşar görünüşdən xilas olmağın yolları var. 
 
 Az yağlı pəhriz və idmandan əlavə bu qarışığı hazırlayıb sellulitli yerlərə sürtün. Nəticədən razı qalassız. 

Sellulit yağı
 


 

Materiallar: 10 qram küncüt yağı, 10 qram badam yağı, 10 qram buğda yağı, 10 qram portağal yağı, 5 qram fındıq yağı, 5 qram limon yağı, 5 qram bibəriyə yağı, 5 qram ərik yağı, 5 qram kətan toxumu yağı, 5 qram bənövşə yağı, 5 qram evkalipt yağı, 5 qram lavanda yağı, 5 qram kəklikotu yağı, 5 qram nanə yağı, 5 qram darçın yağı, 5 qram gül ağacı yağı (pələsənk)
 

İstifadəsi: Qarışdırılan yağ qarışığı yüngülcə qızdırılır. Bədən temperaturuna yaxın olan qarışıq sellulit olan yerə sürtülür. Qarışıq dəriyə yaxşıca yedizdirildikdən sonra yüngülcə cildi qızardacaq qədər xam ipək kisəylə və ya balqabaq lifi kimi bir kisəylə möhkəm basaraq  10-15 dəqiqə masaj edilir. Yağlanmış hissə daha sonra mətbəx streçinə sarılır, tərləməsi  üçün idman edilir. Ən az 20 dəqiqə aktiv və tərlədici hərəkət etdikdən sonra duşda yaxşıca ovulub yuyulur. Bunu ən az 3 həftə ərzində gündə 1 dəfə etmək lazımdır.

SELLÜLİT KİMLƏRDƏ  OLAR?

Sellulitin təkcə  kök və yaşlı qadınlarda olduğu fikri yanlışdır. Çox çəkisi olan və yaşlı qadınlar sellulitə meyllidir. Bunun səbəbi sellulitin həddindən artıq yağdan deyil, əzələlərin dəriyə yapışmasını təmin edən kollagenin lifli quruluşudur. 

Ona görə də  sellulitin görüntüsü normal yağlanmada da qarşımıza çıxa bilər. Əslində sellulit hər bir qadının sahib olduğu bir şeydir. Kök olmağın çatışmazlığı yağların lifli kollagen quruluşundakı  boşluqları doldurması və onları nəzərə çarpan etməsidir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com