30 yaşdan sonra azərbaycanlılar - BU XƏSƏTLİKDƏN ölür


Qeyri-yoluxucu xəstəlik nədir?

30-yasdan-sonra-azerbaycanlilar
30.10.2019 12:49 2 dəq oxuma

Azərbaycanda yaşı 30-dan yuxarı olan insanların əsas ölüm səbəbi qeyri-yoluxucu xəstəliklərdir.

TurpKimi.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanlar arasında ən çox yayılan qeyri-yoluxucu xəstəlik hipertoniyadır (qan təzyiqinin yüksəlməsi).

Hipertoniyanın insanlarda ürək qan-damar xəstəliklərinə, xüsusilə insult və infarkta səbəb olduğunu qeyd edən H.Harmancı əlavə edib ki, Azərbaycanda insanlar arasında bundan sonra daha çox yayılan xəstəliklər şəkərli diabet, xərçəng, xroniki tənəffüs yolları xəstəlikləridir: "Qeyri-yoluxucu xəstəliklər adətən genetik, fizioloji, ətraf mühit və davranış faktorlarının kombinasıyası olan və uzun müddət davam edən xroniki xəstəliklərdir. Tütündən istifadə, fiziki hərəkətsizlik, havanın çirklənməsi, spirtli içkilərdən istifadə, qeyri-sağlam pəhriz qeyri-infeksion xəstəliklərdən əziyyət çəkən insanların sayının artmasına səbəb olur.

ÜST rəsmisi qeyd edib ki, Avropada ölümlərin təxminən 90%-ni təşkil edən qeyri-infeksion xəstəliklər əhalinin rifahına, xəstələrin müalicəsi üçün çalışan səhiyyə sistemlərinin inkişafına, bütövlükdə bölgənin iqtisadi inkişafına və artan qeyri-bərabərliyə ciddi təsir göstərir:

"Bu yük aşağı və ortagəlirli ölkələrdə qeyri-bərabər dərəcədə artmaqda davam edir. Həssas qrupun üzvü olan və sosial cəhətdən imtiyazsız insanlar yüksək sosial statusa malik insanlardan daha tez xəstələnir və dünyasını dəyişirlər. Çünki onların tütün və qeyri-sağlam pəhriz kimi zərərli məhsullara məruz qalma riskləri daha yüksəkdir və tibbi xidmətlərə məhdud çıxışları var".

TurpKimi.com