Venesuelada 31 il kölə həyatı yaşayan qadının xilas olduqdan sonra istədiyi ilk şey çoxlarının marağına səbəb olub.
TurpKimi.com xəbər verir ki, düz 31 il imiş ki, Salazar adlı psixopat qadını evinin qarşısındakı bir binada saxlayırmış.
49 yaşlı qadın Morella psixopat Matias Salazar tərəfindən 1989-cu ildə qaçırılıb. Ailəsi qadını illərlə axtarıb, amma tapa bilməyib. Sən demə, qadın elə qaldığı məhlədən sadəcə bir neçə kilometr uzaqlıqda olan binada seks köləsi kimi saxlanılıb. Dəfələrlə evdən qaçmaq istəsə də, cəhdi uğursuz olub. O, qapı və pəncərələri bağlı evdə qalırmış. Keçən ay Salazar təsadüfən evin açarlarını evdə unudub. Qadın bun fürsətdən yararlanaraq qaçmağı bacarıb və ilk polis bölməsinə müraciət edib.
Psixopat Salazar
Morellanın azadlığa çıxdıqdan dərhal sonra ilk arzusu 1995-ci ildə çəkilən "Pocahontas" adlı cizgi filminə baxmaq olub.
Polisin həbs etdiyi Salazarın evli və uşaqlarının olduğu, Morellanı əsir saxladığı küçədə yaşadığı məlum olub. İndi Morellanın qonşuları da sorğuya cəlb edilib.
Pocahontas
Disney ulduzu Pocahontas hər kəsin sülh içində yaşaması üçün döyüşən azad ruhlu bir şahzadənin hekayəsindən bəhs edir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com