338 nəfər yoluxdu, 209 nəfər sağaldı - Cədvəl


Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

338-nefer-yoluxdu-209-nefer-sagaldi
16.06.2020 22:10 1 dəq oxuma

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4 588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 4 801 koronavirus testi aparılıb.

 

TurpKimi.com