3D texnologiyası uşaqlardakı gizli xəstəlikləri aşkar edəcək - Tibdə yenilik


Texnologiya gizli gedən bütün sağlamlıq problemlərini üzə çıxarır.

3d-texnologiyasi-usaqlardaki-gizli-xestelikleri-askar-edecek
02.04.2019 00:12 1 dəq oxuma

3D üz texnologiyası uşaqların üzlərində xəstəliklərlə bağlı məlumatları toplayır. Araşdırmaçı alimlər hazırladıqları düzgün və etibarlı “Cliniface” 3D üz texnologiyasının kliniki diaqnoz, dərman müalicəsi və laboratoriya müayinələrinə kömək edəcəyini düşünür.

Dr.Richard Palmer Qərbi Avstraliyada 63 mindən çox uşağa təsir edən nadir xəstəliklərin tez və düzgün diaqnozunun qoyulmasının çox vacib olduğunu vurğulayıb:

“Üzün quruluşu və böyüməsi, hər bir insanın sağlamlığını göstərən bir pəncərədir. Hazırladığımız bu texnologiya üz xüsusiyyətlərini müəyyənləşdirir və gənc valideynlər üçün uşaqlarındakı xəstəliklərin müəyyən edilməsi xüsusi əhəmiyyətlidir. Bu texnologiya bir üzün 3D görüntüsünü ələ alaraq son dərəcə həssas tibbi ölçülər götürür və əldə etdiyi qeydləri bir neçə saniyəyə analiz edərək gizli gedən sağlamlıq problemlərini üzə çıxarır”.

Yeniliyin digər ölkələrdə də böyük marağa səbəb olduğunu qeyd edən layihə rəhbərləri yenicə doğulan körpələrə də eyni texnikanın tətbiq edilməsi üçün üzərində işlərin davam etdiyini bildiriblər.

Firuzə Alimova / TurpKimi.com