42 yaşlı qadın vaksindən sonra ölüb


Yaponiya ilk dəfə etiraf etdi: Vaksin 42 yaşlı qadının ölümünə səbəb olub.

42-yasli-qadin-vaksinden-sonra-olub
10.03.2023 21:19 1 dəq oxuma

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ilk dəfə olaraq təsdiq edib ki, həyatını itirən 42 yaşlı yaponiyalı qadın məhz koronavirusa qarşı vurdurduğu peyvəndin əks təsirindən həyatını itirib.

Mənbə iddia edib ki, ümumilikdə, son üç il ərzində Yaponiyada koronavirusa qarşı peyvənd olunmuş 2 000 şəxs həyatını itirib, lakin ölkənin səhiyyə qurumu bu ölümlərin peyvəndlə birbaşa əlaqəli olmadığını açıqlayıb.

Lakin ötən gün ilk dəfə olaraq Yaponiyanın əsas səhiyyə qurumu peyvəndlə ölüm arasında səbəb-nəticə əlaqəsini istisna edə bilməyəcəyini qeyd edib.

Hələlik vaksinin təsiri nəticəsində həyatını itirən şəxsin adı, soyadı və hansı vaksindən istifadə etdiyi barədə heç bir məlumat verilmir.