47 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir - Necə qorunmalı?


Dünyada zehində bulanıqlıq, unutqanlıq, beynin funksiyasında pozulma kimi əlamətlərlə büruzə verən demans  xəstəliyinin yayılması getdikcə artır.

47-milyondan-cox-insan-bu-xestelikden-eziyyet-cekir
26.05.2019 12:22 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki,  Demans beyinə mənfi təsir göstərən xəstəlik növlərindəndir.

Bu xəstəlik adətən Alzheimer xəstəliyi ilə qarışdırılır. Ancaq tamamilə fərqlidir.

Demans xəstəliyi adətən 50-60 yaş arası insanlarda müşahidə edilir. Dil qabiliyyətinin zəifləməsi, yaddaşsızlıq, davranışda pozğunluq, unutqanlıq və s.  kimi əsas əlamətlərlə özünü büruzə verir. İnsan ömrü uzandıqca bu xəstəliyə tutulma  riski də yüksəlir.

Xəstəliyin müalicəsi demək olar ki, yoxdur. Sadəcə olaraq dərman, vitaminlər xəstəliyin ağır formasına tutulmaqdan qoruyur.

Dünyada Demans xəstəliyinə tutulan insanların sayı  47,5 milyona çatıb. Buna baxmayaraq qidalanmanın demans xətəliyi ilə əlaqəsi çox az araşdırılıb.

Qida Proqramının rəhbəri (The Food Programme) Şeyla Dillon (Sheila Dillon)  mütəxəssisləri ətrafına toplayaraq demans xəstəliyinin qidalanma ilə bağlılığı haqqında müzakirələr aparıb. Araşdırmalara görə,  demansa müsbət təsir edən, xəstəliyə tutulmaqdan qoruyan bəzi qidalar var. Onları təqdim edirik: 

Kakao  demans xəstəliyinin yaranmasına qarşı müqavimət göstərir.  Şokolad istəsəniz, az şəkərli və yüksək kakaolu olanları seçməlisiniz.

Çiyələk və qara gilə kimi antioksidantlarla zəngin yabanı giləmeyvələr  unutqanlığı  azaldır.  Zehni fəaliyyətin yaxşılaşmasına müsbət təsiri araşdırmalarla sübut edilməkdədir. 

Beynin zehinlə bağlı funksiyalarına B vitamin qrupları da yaxşı təsir edir.

Avokadonun tərkibində olan omeqa 3 və faydalı  yağların   beyin sağlamlığı üçün müsbət təsiri var.

Həftədə ən azı bir dəfə balıq yemək beyin üçün faydalıdır.

Gündə 30 qram çərəz istehlak edilməlidir. Fındıq, qoz, badam kimi çərəzlər,  yulaf, qarğıdalı, qabıqlı düyü, çovdar və darı  kimi bütün taxıl məhsulları protein və minerallarla zəngindir və beyni  demansa qarşı qoruyur.

Vüsalə Əlövsətqızı, TurpKimi.com